Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

"Rusiyanın sonuncu qalası İrandır" - SON DƏQİQƏ - VİDEO

“Həm Rusiya, həm də Çin tərəfindən hərbi təyyarələrin intensiv şəkildə İrana gəlməsi müharibəyə ciddi hazırlıqdan xəbər verir. Rusiyanın sonuncu Yaxın Şərq qalası İrandır”. Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Bədrəddin Quliyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Aİ səfirləri İran XİN-ə çağırılıb

Avropa İttifaqı ölkələrinin Tehrandakı səfirlərinin hamısı İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Primeinfo.az xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi bugünkü brifinqdə deyib. O bildirib ki, Avropa İttifaqı ölkələrinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin səfirlərinin XİN-ə çağırılması minimal addımdır və bu istiqamətdə əlavə tədbirlər görüləcək.

“İran Çinin badına getdi” – ŞOK DETALLAR - VİDEO

“Trampdan tələb olunan budur ki, neftlə əlaqəli bölgələrə, xüsusən də, dünya iqtisadiyyatına vurulan zərəri və yaxud əmələ gələn təlatümləri önləmək üçün İrandakı rejimə nəzarət həyata keçirilməlidir”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində siyasətçi Qələndər Muxtarlı deyib. O, Çin və İran arasında 2021-ci ildə imzalanmış 25 illik strateji əməkdaşlıq müqaviləsini xatırladıb.

İran ABŞ gəmilərinin üzərinə pua göndərdi

İrana məxsus kəşfiyyat pilotsuz təyyarəsi bazar günü Oman körfəzi üzərində uzun uçuş həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Flightradar24” resursu məlumat yayıb. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İran ordusuna xəbərdarlıq edib.

“İran hazırda ABŞ ilə danışıqlar aparır”

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqton üçün məqbul bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Amerika lideri bu barədə Floridaya gedərkən jurnalistlərə açıqlama verib. “Ümid edirəm ki, onlar məqbul bir şeylə bağlı razılığa gələ biləcəklər”, – o vurğulayıb.