İran ABŞ-la heç bir danışıq aparmayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb. Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal”da İranın ABŞ-la danışıqları bərpa etmək üçün müraciət etdiyi barədə xəbər yayılıb.
İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı NATO-nun “Viktoriya” bazasına hücum edib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb. Məlumata görə, hücum nəticəsində ABŞ-nin “Palm Jet” təyyarəsi vurulub və uçuş-enmə zolağına zərər dəyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığında ölkəsinin İran ətrafındakı münaqişənin həlli üçün sülh səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisinin yaydığı açıqlamada bildirib. Ərdoğan münaqişənin həlli səyləri kontekstində Türkiyə ilə Aİ arasında sıx koordinasiyanın davam etdirilməsinin vacib olduğunu qeyd edib.
İran Yərusəlim ətrafında yerləşən Beyt Şemeş inzibati rayonuna ballistik raketlə zərbə endirib.
İranın təhlükəsizlik xidmətlərinin 7 nəfər yüksəkvəzifəli rəhbəri və 40 yüksəkrütbəli komandiri öldürülüb.
“İran düşmənlərini çarəsizliyə sürükləyəcək, onların regiondakı bazalarını və imkanlarını məhv edəcək”.
İranın nüfuzlu din xadimlərindən biri olan Ayətullah Məkarim Şirazi ölkənin ali lideri Ayətullah Əli Xamneyinin öldürülməsindən sonra ABŞ və İsrailə qarşı cihad elan edib.
“Qeyd edək ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir”.
“İran liderləri ABŞ və İsraillə münaqişənin genişmiqyaslı artmasına baxmayaraq, strateji əhəmiyyətli Hörmüz boğazından neft tranzitini saxlamaq qərarına gəliblər”.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni baş komandanı təyin edilib. Primeinfo.az xəbər verir ki, bu haqda İran KİV məlumat yayıb. “Briqada generalı Əhməd Vahidi İran İslam İnqilabı Keşikçiləri Korpusunun yeni baş komandanı təyin edilib”, – deyə məlumatda bildirilir.