İranın ballistik raket və pilotsuz uçuş aparatlarının Bəhreynə yeni dalğası olub. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreynin dövlət xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Bəhreyn Hava Hücumundan Müdafiə Qüvvələri İranın 70 raket və 59 pilotsuz uçuş aparatının hücumunu uğurla dəf edib.
İranda hava zərbələri nəticəsində 5 nəfər ölüb. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, Sərablə şəhərinə hava zərbələri nəticəsində 5 nəfər ölüb. Ölənlərdən birinin 10 yaşlı uşaq olduğu bildirilir.
“Türkiyədə belə bir plan da var: Əgər İranda xaos güclənərsə, Türkiyə İran daxilində, Güney Azərbaycan hissəsində bufer zona yaradacaq ki, yaranacaq humanitar problemləri elə orada həll etsin”.
ABŞ-dan fərqli olaraq, İran özünü uzunmüddətli müharibəyə hazırlayıb. Primeinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında bildirib. O qeyd edib ki, bu müharibəyə İran başlamayıb və ölkənin silahlı qüvvələrimiz müdafiə olunmaqdan savayı heç bir hücum həyata keçirməyib.
ABŞ-ın bütün hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Primeinfo.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. ABŞ rəsmisinin sözlərinə görə, bazalarda “Bravo” rejimi tətbiq olunur ki, bu da birbaşa və ya ehtimal olunan hücum təhlükəsi ilə bağlıdır.
Tramp: “İran razılığa gəlmək istəyir”
İran İsrailin Beer-Şeva bölgəsinə ballistik raketlərlə hücum edib. Primeinfo.az “The Times of Israel”ə istinadən xəbər verir ki, hücumlarda biri ağır olmaqla, iki nəfər xəsarət alıb.
ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 555 nəfərə çatıb.
İran ABŞ-nin Küveytdəki səfirliyinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-nin Küvetydəki səfirliyi atəşə tutulub və üzərində tüstü müşahidə edilir.
İrandan Azərbaycan sərhədi ilə 39 rusiyalı təxliyə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. “Hazırda İrandan Azərbaycan sərhədi ilə 39 Rusiya vətəndaşı təxliyə olunub”, – deyə bildirilib.