Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

“İran və İsrailə səfərdən çəkinin” - XİN-dən ÇAĞIRIŞ 

“İran və İsrailə səfərdən çəkinin” - XİN-dən ÇAĞIRIŞ 

“İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq”.

Uçuşlar ləğv edildi: Təyyarələr Bakıya GERİ QAYIDIR

Uçuşlar ləğv edildi: Təyyarələr Bakıya GERİ QAYIDIR

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.

Qazaxıstan öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

Qazaxıstan öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

İran ətrafında gərginliyin davam etməsi fonunda Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına vəziyyət sabitləşənədək İrana səfərlərdən çəkinməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Tengri News” məlumat yayıb. Nazirliyin bəyanatında bildirilir ki, hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək, həmçinin gücləndirilmiş təhlükəsizlik tədbirlərinə əməl etmək, diqqətli və ehtiyatlı olmaq, xəbərləri izləmək və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi riayət etmək məsləhət görülür.

İranda deputatın maşınına atəş açılıb, iki nəfər saxlanılıb

İranda deputatın maşınına atəş açılıb, iki nəfər saxlanılıb

İranda parlament üzvü Abbas Beyqdelinin avtomobili silahlı hücuma məruz qalıb. Primeinfo.az xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Qəzvin vilayətində qeydə alınıb. Məlumata görə, Qəzvin vilayətinin prokuroru Əli Əsgər Əsgəri bildirib ki, deputatın nəqliyyat vasitəsinə ov tüfəngi ilə atəş açılıb.

ŞOK PROQNOZ: İran bütün şərtləri qəbul edib - VİDEO  

ŞOK PROQNOZ: İran bütün şərtləri qəbul edib - VİDEO 

“Cenevrədə gedən danışıqlarda nəticə əldə olunmamasına inanmıram. ABŞ və İsrail ona görə susur ki, İranla müəyyən razılaşmalar əldə etdiklərini etiraf edə bilmirlər. Hesab edirəm ki, İranla müəyyən danışıqlara getdilər və İran da qarşıya qoyulan şərtlərin demək olar ki, hamısını qəbul edib”.

Çin vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Çin vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Çin vətəndaşlarına İrana səyahət etməməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi, eləcə də Çin səfirliyi və konsulluğu vətəndaşları İrana səfər etməməyə çağırıb. Bildirilib ki, İranda olan Çin vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməli və ölkəni mümkün qədər tez tərk etməlidir.