İsrailə hücum etmək İranın tarixindəki ən ciddi səhv olar. Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə deyib. “Əgər İran hökuməti tarixində bəlkə də ən ciddi səhvini edərək, İsraili hədəf alarsa, biz ona heç düşünə bilməyəcəyi bir güclə cavab verəcəyik”, – Baş nazir bildirib.
Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Nazirlər Kabinetindən Primeinfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri əsasında qurulduğu, ikitərəfli əlaqələrin dinamikasının iki ölkə rəhbərlərinin siyasi iradəsinə əsaslandığı və bütün sahələri əhatə etdiyi xüsusilə vurğulanıb.
“İranın öz daxilində olan problemlər kifayət qədər böyük miqyasa malikdir və İran vətəndaşı bu gün yarı ac, yarı tox vəziyyətdə yatır. Çünki İran nədənsə öz vətəndaşına deyil, Həmasa, Hizbullaha, Husilərə və digər silahlı qruplaşmalara pul xərcləyir”.
Ermənistanın müdafiə naziri Suren Papikyan İranda səfərdədir. Primeinfo.az xəbər verir ki, müdafiə nazirinin sosial şəbəkə hesablarında İrana səfərini əks etdirən video yayımlanıb. Papikyanın Tehranda bir sıra görüşlər keçirməsi planlaşdırılır.
“Əgər İran dağılsa, orada millətçilər önə çıxacaq. Orada çox ciddi qarşıdurma baş verə və qan su yerinə axa bilər. Bunu isə Amerika da, Avropa da yaxşı bilir. Ona görə də buna getmək istəmirlər”.
Artıq iki gündür ki, bir neçə İran universitetində tələbələr etiraz aksiyaları keçirirlər.
İran yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gəlib.
İranın ali rəhbəri Ayətullah Əli Xamneyi ABŞ ilə hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sistemində mümkün pozuntu halında fövqəladə hallar planının hazırlanması barədə göstəriş verib. Primeinfo.az xəbər verir ki, bu haqda “The New York Times” altı yüksək vəzifəli İran rəsmisinə istinadən yazır. Yanvarın əvvəlində İranın etirazları və ABŞ-nin zərbə təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ali Rəhbər ölkəyə rəhbərlik etmək üçün müttəfiqi Əli Laricaniyə müraciət edib.
İran və ABŞ arasında nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların aradan qaldırılması ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Primeinfo.az xəbər verir ki, bu barədə yüksək vəzifəli İran rəsmisi “Reuters”ə açıqlamasında deyib. Onun sözlərinə görə, tərəflər sanksiyaların ləğvinin əhatə dairəsi və mexanizmi məsələsində fərqli mövqelərə malikdir.
İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək.