Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: iran

"Çin İranı heç vaxt dəstəkləməyəcək"- RƏY - VİDEO

“İranda hakimiyyət dəyişilsə də, Çin o hakimiyyətlə işləmək istəməyəcək. Ona görə də Çin İranın vurulmasına, blokadaya alınmasına indiyə qədər ciddi reaksiya verməyib. Çin İranı heç vaxt dəstəkləməyəcək”.

İran İraq və Əfqanıstandan könüllülər yığır

Amerikanın İrana hücum ehtimalının artması ilə eyni vaxtda İran hökuməti bölgədəki proksi qüvvələrinin dəstəyindən arxayın olmağa və onları yenidən meydana gətirməyə çalışır. Primeinfo.az Gunaz.tv-yə istinadən xəbər verir ki, İraqın SEPAH-a bağlı “Əl-Nücəba” hərəkatının icra şurasının rəhbəri Nazim əl-Səidi qrupun İraqın bütün əyalətlərində könüllülərin cəlb edilməsi prosesinə başladığını elan bildirib. O, açıqlamasında Vaşinqtonla hər hansı bir əlaqəni “təkrarlanan aldatma” kimi xarakterizə edərək İrana və ya onun rəhbərlik strukturuna qarşı hər hansı bir hücumun gözlənilməz cavabla qarşılanacağını iddia edib.

Ərdoğan və Pezeşkian telefonla nə danışıblar?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və bölgədə artan hərbi gərginlik müzakirə edilib.

4 Azərbaycan klubunda oynamış futbolçu İranda həbs olundu

Ötən mövsüm “Karvan”da çıxış etmiş Peyman Keşavarzi İranda ölkəsində həbs olunub. Primeinfo.az xəbər verir ki, müdafiəçi İranda günlərdi davam edən iğtişaşlarda iştirak etdiyi üçün cəzalandırılıb. 29 yaşlı futbolçunun karyerasının bir hissəsi Azərbaycanla bağlıdır.

İran gücünü nümayiş etdirəcək

İran Hörmüz boğazında döyüş atışlı təlimlər keçirməyi planlaşdırdığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Təlimlər gələn bazar və bazar ertəsi günlərinə planlaşdırılıb.