İranda beynəlxalq internet şəbəkəsinə çıxış artıq 22 gündür ki, tamamilə kəsilib. Primeinfo.az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb. Bildirilib ki, İslam Respublikası 528 saatdır dünyadan təcrid olunmuş vəziyyətdədir.
“ABŞ İranın elektrik stansiyalarına hücum edərsə, Hörmüz boğazını tamamilə bağlayacağıq”.
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 48 saat ərzində Hörmüz boğazı gəmilərin sərbəst keçidi üçün tam açılmayacağı təqdirdə, İranın elektrik stansiyalarına zərbələr endirməyə hazır olduğunu bəyan edib.
İran dövriyyəyə 10 milyon riallıq əskinas buraxıb. Bu ölkə tarixində ən böyük puldur.
Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə İranın Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei və Prezident Məsud Pezeşkiana ayrı-ayrılıqda təbrik mesajları göndərib. Primeinfo.az xəbər verir ki, məlumatı rəsmi Kreml açıqlayıb. Bu mesajlarda Rusiya Prezidenti İran xalqına çətin təcrübələrin öhdəsindən gəlməkdə uğurlar arzulayıb və Moskvanın bu kritik şəraitdə etibarlı tərəfdaş kimi Tehranın yanında sadiq qalacağını vurğulayıb.
İran hüquq-mühafizə orqanları İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən daha 97 nəfəri saxlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb. Məlumatda həbs olunanlar “İsrail əsgərləri” adlandırılıb.
“Ərəb ölkələri artıq susmayacaq. Qətərin İran səfirliyini ölkəsindən qovması o deməkdir ki, Qətər İranla müharibəyə hazırlaşır. İstənilən ölkə ilə diplomatik əlaqələrin kəsilməsi müharibəyə hazırlıq deməkdir. Hətta ərəb ölkələrinin hamısı İrana qarşı müharibə elan edəcək”.
“İran ABŞ və İsraillə münaqişə zamanı ona göstərilən köməyə görə qonşu dövlətlərə minnətdardır”.
İran ordusu kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətibinin öldürülməsinə cavab olaraq İsraildə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb. Primeinfo.az xəbər verir ki, bu barədə İran ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumata görə, İsrailin Milli Təhlükəsizlik Nazirliyi, Təl-Əvivdə yerləşən “Kanal 13”, həmçinin “Ərər” hərbi bazasında Quru Qoşunlarının bina və obyektlərinə dron zərbələri endirilir.
İranda illərdir davam edən edam siyasəti artıq təkcə bir ölkənin daxili məsələsi deyil, bu, insanlığa qarşı açıq cinayətdir. Küçənin ortasında insanların asılması, şübhəli ittihamlarla həyatların məhv edilməsi orta əsr barbarlığının bu günə daşınmasıdır.