“İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi nəzərə alınaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırırıq”.
İsrail İrana 4 günlük hucum planlaşdırıb.
“İsrail dövlətə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirilib”.
İsrailə hücum etmək İranın tarixindəki ən ciddi səhv olar. Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə deyib. “Əgər İran hökuməti tarixində bəlkə də ən ciddi səhvini edərək, İsraili hədəf alarsa, biz ona heç düşünə bilməyəcəyi bir güclə cavab verəcəyik”, – Baş nazir bildirib.
İsrail Ordusunun gecə saatlarında Qəzzaya endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzanın cənubundakı Xan-Yunis bölgəsində endirilən zərbə nəticəsində dörd nəfər həyatını itirib. Daha dörd nəfər isə sektorun şimalında, Cəbəliyyə yaxınlığında endirilən zərbə nəticəsində ölüb.
İsrail Qəzza zolağının müharibədən sonra idarə olunması üçün yaradılmış Sülh Şurasına rəsmi şəkildə qoşulub. Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb. Məlumata görə, Netanyahu Sülh Şurasına qoşulma sənədini Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə imzalayıb.
“Bəzi ekspertlərin fikrincə, Epşteyn fayllarının ortalığa çıxmasında İsrailin marağı odur ki, Tramp və ətrafına İran məsələsində mövqe qəbul etmək üçün təzyiq göstərsin. Burada qəribə bir reallıq var ki, ənənəvi olaraq İsrail və ABŞ maraqları Yaxın Şərqdə eyni deyil. Yəni, ABŞ üçün İsrail monopoliyası bitir.
İsrailin müdafiə naziri İsrael Kats HAMAS-ı hədələyib. Primeinfo.az-ın “The Times of Israel”ə istinadən verdiyi xəbərə görə, Kats deyib ki, HAMAS razılaşdırılmış çərçivəyə uyğun olaraq tərksilah edilməsə, İsrail onu və onun bütün imkanlarını məhv edəcək. Müdafiə naziri İsrailin HAMAS-ı tərksilah etməkdə “qətiyyətli” olduğunu bəyan edib: “Bütün girovlarımızı geri qaytarmaq məqsədimizə çatdıqdan sonra HAMAS-ın tərksilah edilməsini və Qəzzanın tam silahsızlaşdırılmasını tamamlamaq əzmindəyik”.
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.
İsrail tərəfi hesab edir ki, ABŞ ilə İran arasında əldə olunacaq hər hansı razılaşma İslam Respublikasının ballistik raketlərdən tam imtina etməsini nəzərdə tutmalıdır. Primeinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, Tehran bu şərtlə razılaşmayacağı təqdirdə İsrail müstəqil şəkildə hərəkət etməyə və İsrail Müdafiə Qüvvələrinin qüvvələrini cəlb edərək zərbə endirməyə hazırdır.