İranın sonuncu zərbəsi zamanı Baş nazir Benyamin Netanyahunun ofisinin yaxınlığına raket parçaları düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin gündəlik qəzeti “Yedioth Ahronoth” xəbər yayıb. Məlumata görə, bu gün həmçinin İranın ballistik raketlərininin parçaları Yerusəlimdə Milli Kitabxananın, Knessetin yaxınlığına və Köhnə Şəhərdəki Müqəddəs Qəbir Kilsəsinə düşüb.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı başladığı quru əməliyyatını qınayıb. Primeinfo.az xəbər verir ki, Türkiyə XİN-in rəsmi “X” səhifəsində yerləşdirilən bəyanatda qeyd olunub ki, “Netanyahu hökumətinin Livanda həyata keçirdiyi kütləvi cəzalandırma siyasəti bölgədə yeni humanitar fəlakətlərə səbəb olacaq”. Bəyanatda Türkiyənin Beyrutla həmrəyliyi ifadə edilib.
Yəmən strateji əhəmiyyətli Bab əl-Məndəb boğazını ABŞ və İsrail gəmiləri üçün bağlamaqla hədələyib. Primeinfo.az İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, bu haqda Yəmənin yüksək rütbəli hərbi komandiri Abed əl-Səvr bildirib. Qeyd edək ki, Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb hissəsi ilə Afrikanın şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşir.
Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə artan gərginlik fonunda İsrail və Livanı birbaşa danışıqlara başlamağa çağırıb və mümkün atəşkəs müzakirələrinə Parisdə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə Fransa lideri X hesabı üzərindən etdiyi paylaşımında bildirib. O, Livan Prezidenti Cozef Aun, Baş nazir Nəvaf Salam və Parlamentin sədri Nəbih Berri ilə telefon danışığı apardığını bildirib.
HAMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb. Primeinfo.az xəbər verir ki, HAMAS bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, İran regionda qonşu dövlətləri hədəfə almaqdan çəkinməlidir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail liderlərinin olduğu 10 yerə raket zərbələri endirib.
İranda 60-dən artıq ölkənin 3400-dən çox vətəndaşının təxliyəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunub.
“O gün Türkiyə mediasında bir admiral danışır. Deyir ki, “Azərbaycan, sən belə davam etsən, kürd, “PEJAK” və digər dəstələr sənin də ərazinə gələcək, petrol bölgələrinin hamısını nəzarətə keçirəcək”.
İsraildə İranla bağlı yeni mümkün “hədəf siyahısı”nı açıqlanıb.
İsrail Müctəba Xamneyinin ölümünə fərman verib