Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: israil

Qəzzaya hava hücumları nəticəsində - 28 nəfər həlak oldu

İsrail ordusunun ötən gecədən bəri Qəzza zolağına endirdiyi silsilə aviazərbələr nəticəsində azı 28 nəfər həlak olub. Primeinfo.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından bəri qeydə alınan ən yüksək ölüm göstəricilərindən biridir. Fələstin tərəfi həlak olanların dörddə birinin uşaqlar, üçdə birinin isə qadınlar olduğunu bildirib.

Hakan Fidan: "Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq"

“İsrail müharibəni davam etdirəcəyi təqdirdə, Türkiyə bu ölkə ilə ticarətə yenidən başlatmayacaq” Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Jazeera“yə müsahibəsində bildirib. Nazir Türkiyə–İsrail münasibətlərindəki son dövrə toxunaraq qeyd edib ki, mövcud şərtlər iki ölkə arasında gərginliyə və uzlaşmazlığa səbəb olur. “İsraillə ticarəti dayandırdığımız zaman bunun səbəbini çox açıq şəkildə ifadə etdik.

İsrailin XİN başçısı Azərbaycana yola düşdü

İsrail xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi 40 iş adamından ibarət nümayəndə heyəti Azərbaycan və Qazaxıstana yola düşüb. Primeinfo.az bu barədə İsrail mediasına istinadən xəbər verir. Səfər ikitərəfli siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.

İsrailə məxsus helikopter qəzaya düşdü

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri daşınma zamanı havada kanatın qırılması səbəbindən qəzaya düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat xidməti məlumat yayıb. Bunun çoxməqsədli “Yanşuf” helikopteri (“UH-60 Black Hawk” helikopterlərinin İsrail modifikasiyası – red.) olduğu bildirilir.

İsrail ordusu bu ölkəyə ZƏRBƏ ENDİRDİ

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”ın hərbi hədəflərinə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jadeed” məlumat yayıb. Məlumata görə, təyyarələr Bekaa vadisinin qərbindəki Məşqara şəhərinə də iki hava hücumu həyata keçirib.

İsrail bir sıra BMT qurumları ilə əlaqələri kəsir

İsrail bir sıra BMT qurumları ilə əlaqələri kəsir. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar açıqlayıb. O, ölkəsinin Birləşmiş Millətlər Təşkilatının bir neçə strukturu və təşkilatlı ilə əlaqələri dayandıracağını bildirib.