Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: israil

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib – FOTO

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə RİNN məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.

Türkiyə də daxil olmaqla 7 ölkə Fələstin üçün çağırış edib

Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Qəzzadakı ağır humanitar vəziyyətlə bağlı birgə bəyanat yayıblar. Primeinfo.az xəbər verir ki, bəyanatda İsrail işğalı altındakı Qəzza zolağında humanitar yardımın fasiləsiz şəkildə təmin edilməsi və Refah Sərhəd Keçid Məntəqəsinin iki istiqamətli açılması üçün çağırış edilib. Nazirlər sərt hava şəraitinin, ərzaq və əsas ehtiyac çatışmazlığının, xüsusilə köçkünlər və həssas qruplar üçün vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıblar.

İsrailin şimalında terror hücumu baş verib

İsrailin şimalında fələstinli terrorçu iki nəfəri qətlə yetirib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin yerli polisinin bəyanatında deyilir. Məlumata görə, terror hücumunu həyata keçirən şəxs avtomobili ilə bir kişini vuraraq üzərindən keçib, başqa bir qadını isə bıçaqlayaraq qətlə yetirib.

İsrail Livanda "Hizbullah"a zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (IDF) bu yaxınlarda Livanın bir neçə rayonunda “Hizbullah”ın hədəflərinə, o cümlədən “Radvan” elit bölməsinin təlim poliqonuna aviazərbələr endirib. Primeinfo.az bildirir ki, bu barədə “Report” “The Times of Israel”ə istinadən xəbər verir. Hərbçilərin məlumatına görə, bu obyekt döyüşçülərin hazırlanması, döyüş atışlı təlimlərin keçirilməsi və IDF qüvvələrinə, eləcə də İsrailin mülki əhalisinə hücumların planlaşdırılması üçün istifadə olunub.

İsrail SEPAH-ın nüfuzlu şəxsini öldürdü

İsrail ordusu Livanda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əməliyyat Livanın Nəbatiyə bölgəsində həyata keçirilib.

İsraildə monastrda 1400 illik qızıl sikkələr aşkarlanıb

İsraildə Qüds yaxınlığında yerləşən xristian monastrından 1400 ilə yaxın tarixi olan qızıl sikkələr aşkarlanıb. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Ərazilərdə Hökumət İşləri üzrə Əlaqələndiricisinin (COGAT) ofisi məlumat yayıb. Məlumata görə, eramızın IV – VII-ci əsrlərinə, Bizans dövrüna aid 2 qızıl sikkə və üzük İuda səhrasında, Qüsdən təxminən 17 kilometr cənub-şərqdə, indiki İordan çayının qərb sahilində yerləşən Hirkania arxeoloji ərazisində tapılıb.

İsrail Livana zərbə endirib

İsrail Müdafiə Ordusu Livanın şərqindəki Beka vadisində yerləşən Nasiriyyə şəhərindəki hədəfə hava zərbəsi endirib. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında deyilir. Qeyd olunub ki, zərbə Şin Bet təhlükəsizlik agentliyi ilə birgə Nasiriyyə şəhərində yaraqlılardan birinə endirilib.

İsrail Prezidenti İlham Əliyevə zəng edib

Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

İsrail Ordusu Livanın Yater şəhərinə aviazərbə endirib

İsrail Ordusu bu gün Livanın Yater şəhərinə aviazərbə endirib. Primeinfo.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb. İsrail Ordusunun gün ərzində həyata keçirdiyi iki hava hərəkatı zamanı hədəf Hizbullah silahlıları olub.