Bakıya səfəri çərçivəsində İsrail Dövlətinin Maliyyə Nazirliyində Şimal və Cənubun Bərpasına cavabdeh nazir, eyni zamanda Azərbaycan–İsrail Birgə Komissiyasının həmsədri cənab Zeev Elkin, Azərbaycan Respublikasının İqtisadiyyat naziri və Birgə Komissiyanın digər həmsədri cənab Mikayıl Cabbarov ilə görüş keçirib. Primeinfo.az xəbər veirr ki, görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ronen Krausz da iştirak edib. Tərəflər Azərbaycan–İsrail Birgə Komissiyasının fəaliyyəti, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri və biznes tərəfdaşlığının genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Ukraynanın Təl-Əvivdəki səfiri Yevgeni Korniyçuk Ynet portalına verdiyi müsahibədə İsrailin baş naziri Binyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqların əhəmiyyəti barədə söylədiyi fikirləri tənqid etdikdən sonra Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ynet məlumat yayıb. Məlumata görə, İsrail XİN-in baş direktorunun müavini Yuval Foks səfirə bildirib ki, onun açıqlamaları “tamamilə qəbuledilməzdir” və “diplomatik protokolu pozur”.
Dekabrın 29-da İsrailin Baş naziri və ABŞ prezidenti Donald Tramp arasında görüş baş tutacaq. Primeinfo.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Netanyahunun ABŞ-a bir neçə günlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
İsrail Baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib. Primeinfo.az-ın xəbərinə görə, Binyamin Netanyahu bunu Almaniya kansleri Fridrix Merzlə Qüdsdə birgə mətbuat konfransında bəyan edib. İsrail Baş naziri deyib ki, Fələstin dövlətinin yaradılması ilə bağlı məsələdə Fridrix Merzlə fikir ayrılıqları var: “Aydındır ki, fərqli bir baxışımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi dövlətini məhv etməkdir.
İsrail Baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına yol verməyəcəklərini bəyan edib. Primeinfo.az-ın xəbərinə görə, Binyamin Netanyahu bunu Almaniya kansleri Fridrix Merzlə Qüdsdə birgə mətbuat konfransında bəyan edib. İsrail Baş naziri deyib ki, Fələstin dövlətinin yaradılması ilə bağlı məsələdə Fridrix Merzlə fikir ayrılıqları var: “Aydındır ki, fərqli bir baxışımız var, çünki Fələstin dövlətinin məqsədi yeganə yəhudi dövlətini məhv etməkdir.
Avropa Yayım Birliyi İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına icazə vermək qərarına gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə qərar 4 dekabr 2025-ci il tarixində keçirilən ümumi yığıncaqda keçirilən səsvermədən sonra qəbul olunub. Bu qərar bir sıra ölkələr, o cümlədən İspaniya, Hollandiya, İrlandiya, Sloveniya tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Ginnesin Rekordlar Kitabının İsraili boykot etdiyi və bu ölkədən rekord müraciətlərini qəbul etmədiyi iddia olunub. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat İsrailin “Kanal 12” telekanalı tərəfindən yayılıb. Bildirilib ki, İsraildə böyrək donorluğunu təşviq edən “Həyat Hədiyyəsi” (Matnat Chaim) təşkilatının Ginnes Rekordlar Ofisinə etdiyi müraciət “siyasi səbəblərlə” bağlı ləğv edilib.
ABŞ Prezidenti Donald Tramp İsraili ərəb dövlətinin inkişafına mane olmamaq üçün Suriyanın yeni hakimiyyəti ilə dialoqu davam etdirməyə çağırıb. Primeinfo.az xəbər verir ki, o, bunu “Truth Social” şəbəkəsindəki hesabında yazıb. Tramp qeyd edib: “Çox vacibdir ki, İsrail Suriya ilə güclü və səmimi dialoqu davam etdirsin və heç nə Suriyanın firavan dövlətə çevrilməsinə mane olmasın.” O vurğulayıb ki, Vaşinqton administrasiyası Suriyada əldə olunan nəticələrdən məmnundur və bu ölkənin hökumətinin qarşıya qoyulan vəzifələri həyata keçirməsi üçün bütün səyləri göstərir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o. briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Zakir Həsənov Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.
ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Maykl Riqas noyabrın 27-dən dekabrın 5-nə qədər Türkiyə, İraq və İsraili ziyarət edəcək. Primeinfo.az, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib. Riqas Türkiyədə, Birinci Nikeya Şurasının 1700-cü ildönümü münasibətilə keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.