Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Milli Məclisin növbəti iclasının tarixi məlum olub. Primeinfo.az-ın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib. Milli Məclisin növbəti iclası fevralın 27-də olacaq.
Milli Məclisdə Xocalı qurbanlarının xatirəsi yad edilib. Primeinfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova xalqımıza qarşı həyata keçirilmiş qanlı soyqırım aktından bəhs edib. Spiker bildirib ki, bu Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımı ən qanlı insanlıq cinayətidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbələr sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb”.
Emal edilməmiş almazların dövlət orqanın rəyi olmadan idxalı və ixracına görə cərimələr müəyyənləşdiriləcək. Primeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
Milli Məclis daha bir beynəlxalq konvensiyanı ratifikasiya edəcək. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” məsələdə əksini tapıb. Qeyd edək ki, Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası insan orqanlarının qeyri-qanuni götürülməsi və alverinə qarşı mübarizəni gücləndirmək məqsədilə qəbul olunmuş beynəlxalq hüquqi sənəddir.
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. Primeinfo.az xəbər verir ki, yaz sessiyasının plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1.
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir.
Cərimənin məcburi tutulması qaydası dəyişir. Primeninfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir.
Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq.
İncəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad ediləcək.