Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Milli Məclis

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Primeinfo.az xəbər verir ki, parlamentin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi.

Azərbaycanda uşaqları dinə məcbur etmək qadağan edilir

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Məsələ birinci oxunuşda qəbul edilib.

Azərbaycan üçün "Temu", "Trendyol", "Aliexpress" məhsulları BAHALAŞACAQ

Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına elektron ticarət yolu ilə xidmət göstərən qeyri-rezidentlərin illik dövriyyəsi 10 000 ABŞ dollarını keçərsə, onlar 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, illik dövriyyəsi 10 000 dollardan az olan qeyri-rezidentlər üçün uçota alınma könüllüdür. Qanun elektron ticarət fəaliyyətinə şamil edilir.

İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq

Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

“2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir.

Fazil Mustafa: "Dövlət qurumlarında çox sayda ixtisarlar var"

  “Bu gün dövlət qurumlarında çox sayda insanlar ixtisar olunur”. Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. “Metropolitendə xeyli ixtisarlar var, Xəzər Dəniz Gəmiçiliyində ixtisarlar var.

Sahibə Qafarova Omanın Şura Məclisinin sədri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb. Primeinfo.az xəbər verir ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib.