Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Milli Məclis

Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə ikitərəfli əlaqələri müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Milli Məclisin sədri Omana səfərə gedib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 28-də Oman Sultanlığına rəsmi səfərə gedib. Primeinfo.az əbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.

Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşdü

Yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Primeinfo.az-a Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq, Alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilib.

Sabah deputatlar məzuniyyətdən qayıdır, komitə iclasları başlayır

Sabah deputatlar məzuniyyətdən qayıdır, komitə iclasları başlayır. Primeinfo.az-ın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılıb. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Gələn il pensiyalar bu qədər ARTACAQ

2025-ci il sona yaxınlaşmaqdadır. Bu il Azərbaycan tarixində həmçinin sosial müdafiə tədbirlərin güclənməsi ili kimi yadda qaldı. Cənab Prezidentin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq bu gün 76 mindən çox ailəyə birdəfəlik yardımları ödənilməsi başa çatacaq.

Abidələri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilir

Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya görə cəzalar sərtləşdirilir. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Parlament Prezident və xanımını təbrik etdi

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Parlament Dünya Azərbaycanlılarına müraciət etdi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti səsləndirilib. Primeinfo.az xəbər verir ki, müraciəti deputat Zaur Şükürov oxuyub. Müraciət səsə qoyularaq qəbul edilib.

Bu şəxslərin hərbi xidmət müddəti 6 ay azaldılır

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq. Primeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.