Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ogurluq

7 evdən oğurluq etdi - Saxlanıldı

Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Belə ki, naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın olan məişət əşyalarını talayıb.

Xalasının 28 min manatını oğurlayan şəxs saxlanılıb

Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib. Primeifo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.

"Ayıq sürücü" “Range Rover”dən 11 min manat OĞURLADI

Paytaxtın Xətai rayonunda “Range Rover” markalı avtomobildən 11000 manat oğurlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat idmətindən məlumat verilib. “Vətəndaşın şikayəti əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı R.Quliyev saxlanılıb.

Evlərdən oğurluq edən şəxs saxlanıldı

Evlərdən oğurluq edən şəxs saxlanılıb. Primeinfo.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Məlumata görə, evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.

Qızıl almaq istədiyini deyərək soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO

Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib.

Xəzər rayonunda üç evdən oğurluq edən şəxs ələ keçdi

Xəzər rayonu ərazisində naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12650 manat dəyərində məişət əşyalarını oğurlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov saxlanılıb.

Oğurluq etdikləri evlərin kameralarını sındırdılar - ANBAAN VİDEO

İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını da sındıran şəxslər saxlanılıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8 500 manat maddi ziyan vurulub.

Evdən 51 min manat oğurlandı - Qohum qadın saxlanıldı

  Suraxanı rayonu Qaraçuxur qəsəbəsində evdən 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ev sahibi polisə müraciət edərək yaşadığı evdən oğurluğun naməlum şəraitdə baş verdiyini bildirib.

Sabunçu rayonunda moped oğurlayanlar saxlanılıb

Sabunçu rayonunda oğurluq hadisəsi olub. Primeinfo.az xəbər verir ki, Maştağa qəsəbə sakini polisə müraciət edərək axşam saatlarında çalışdığı təmir sexinin qarşısından naməlum şəxsin 1550 manat dəyərində mopedini oğurladığını bildirib. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Məmmədov müəyyən edilərək saxlanılıb.