Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ogurluq

29 min manatlıq qızıl oğurlayan qadın saxlanıldı

Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı M.

Abşeronda bank kartlarını talayan şəxs saxlanıldı

Abşeron rayonu Xırdalan şəhərində oğurluq hadisəsi baş verib. Rayon sakini polisə müraciət edərək “Hyundai” markalı nəqliyyat vasitəsindən bank kartının oğurlandığını, daha sonra həmin kartda olan pul vəsaitinin çıxarıldığını bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Sumqayıtda mağazalardan oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhəri ərazisində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib. O, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Oğurluq edən 5 nəfər saxlanıldı

Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlanmasını bildirib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar.

Vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib.

Ticarət mərkəzindən oğurluq edənlər tutuldu

Qaradağ rayonunda yerləşən ticarət mərkəzi və marketlərin birindən oğurluqlar edilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Primeinfo.az DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 27 yaşlı F.Rəsulov, A.Səfərov və 43 yaşlı A.Tağıyev müəyyən edilərək saxlanılıb.

Sabunçuda oğurluq edən şəxs saxlanılıb

Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb.

Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.

Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanılıb

Nəsimi rayonunda evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qonşusu 25 yaşlı R.Allahverdiyeva saxlanılıb.

Keçmiş məhkum avtomobillərdən oğurluq edib

Nizami rayonu ərazisində bir nəfər polisə müraciət edərək bildirib ki, gecə saatlarında ona məxsus avtomobilin 350 manat dəyərində 2 ədəd akkumulyatoru oğurlanıb. Primeinfo.az-ın məlumatına görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı R.Tağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.