Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Pezeşkian

Pezeşkian daxili işlər nazirinə ciddi tapşırıq verdi

İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etiraz aksiyaları fonunda hökumətin vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edəcəyini bəyan edib. Primeinfo.az xəbər verir ki, dövlət başçısı yerli KİV-ə açıqlamasında xalqa xidmət edə bilmədiyi halda vəzifədə qalmağın mənasız olduğunu vurğulayıb. Pezeşkian bildirib ki, məsuliyyət onun üzərinə düşürsə, problemi də şəxsən həll etməlidir: “Biz laqeyd qalmayacağıq və yoxsulluqla, aclıqla mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.

Pezeşkianın müşaviri istefa verib

İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin istefa ərizəsi yazdığı təsdiqlənib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat katibi Fateme Mohecərani bildirib. O, Mehdi Sənayinin istefasının qəbul edilib-edilmədiyindən xəbərsiz olduğunu əlavə edib.

Leyla Əliyeva Məsud Pezeşkianın qızı ilə görüşüb - FOTO

Dekabrın 23-də Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir.

Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Putin və Pezeşkian Aşqabadda görüşüblər

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, görüş Türkmənistanın paytaxtı Aşqabadda baş tutub. Putin iki ölkə arasında münasibətlərin müsbət inkişaf etdiyini söyləyib.

Pezeşkian Qazaxıstanda Tokayevlə görüşüb

İran Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edib. Primeinfo.az Qazaxıstan Prezidentinin mətbuat xidmətində istinadən xəbər verir ki, Məsud Pezeşkian Astanada Prezident Kasım-Jomart Tokayevlə görüşüb. Görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış edən Kasım-Jomart Tokayev beynəlxalq aləmdə yüksək nüfuza malik İranın Qazaxıstanın Yaxın Şərqdə etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Pezeşkian rialın yenilənməsi barədə fərman imzaladı

İran Prezidenti Məsud Pezeşkian milli valyuta – rialın denominasiyası haqqında fərman imzalayıb. Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının məlumatında bildirilib. “İran İslam Respublikasının Konstitusiyasının 123-cü maddəsinin həyata keçirilməsi məqsədilə Məsud Pezeşkian Mərkəzi Bank haqqında Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan – red.) düzəlişlərin qüvvəyə minməsi barədə Mərkəzi Banka bildiriş göndərib”, – bəyanatda deyilir.