İran ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcək. Primeinfo.az-ın xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” hesabında bildirib. Onun sözlərinə görə, İranın münaqişədən qaçmaq istəyinə baxmayaraq, Tehran ABŞ və İsrailə qarşı müqavimətini davam etdirmək niyyətindədir.
“Məsud Pezeşkian dəfələrlə ona mane olduqlarını dilə gətirib. Bundan əlavə, Pezeşkiandan fərqli olaraq digərləri insanların arasına çıxa bilmir. ABŞ də İran prezidenti ilə danışıqlara daha meylli görünür”…
İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Qırğızıstandan rəsmi səfərdən qayıdarkən Rəşt şəhərinə təcili eniş edib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb. İranın “Mehr” agentliyinin məlumatına görə isə sentyabrın 1-i axşam saatlarında Tehranın şərq hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşündə iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedən İran Prezidenti Məsud Pezeşkianın qızı ilə danışığı diqqət çəkib. Primeinfo.az xəbər verir ki, Pezeşkian Bişkekdəki rəsmi qarşılanma zamanı qızına Azərbaycan dilində müraciət edib. “Zəhra, bura gəl!
“ŞƏT plyus” gələcək beynəlxalq nizamın formalaşmasında mühüm rol oynayan dövlətlər arasında dialoq və əməkdaşlıq platformasına çevrilə bilər. Primeinfo.az-ın verdiyi xəbərə görə, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib. İran Prezidenti bildirib ki, “ŞƏT plyus” formatı geniş coğrafi əhatəyə, əhəmiyyətli siyasi və iqtisadi potensiala malikdir.
ABŞ anlaşma memorandumunun öhdəliklərini yerinə yetirsə, İran buna dərhal qarşılıq verəcək. Primeinfo.az Reuters-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının iclasında deyib. Pezeşkian müharibənin heç kimin marağında olmadığını və rəsmi Tehranın ABŞ-la münaqişənin danışıqlar yolu ilə həllinə açıq olduğunu bildirib.
İran Prezidenti Məsud Pezeşkian terrorizm, ekstremizm və yeni təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) institusional və ekspert potensialının gücləndirilməsinin vacibliyini bildirib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Məsud Pezeşkian Bişkekdə keçirilən ŞƏT Sammitində bildirib. Onun sözlərinə görə, güc tətbiqinə əsaslanan yanaşmaların davam etdirilməsi təkcə ayrı-ayrı dövlətlərin təhlükəsizliyinə deyil, həm də bütövlükdə regionun və dünyanın sabitliyinə təhdid yaradır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu gün Bişkekdə görüşüblər.
İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, İran Prezidenti Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb. Səfərin iki gün davam edəcəyi bildirilir.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərlə münasibətlərinə dair vacib açıqlamalar verib.