Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Məsud Pezeşkian

Pezeşkiandan Urmiya gölü ilə bağlı xüsusi GÖSTƏRİŞLƏR

Pezeşkiandan Urmiya gölü ilə bağlı xüsusi GÖSTƏRİŞLƏR

İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünün bərpası və ona ekoloji su axınının təmin edilməsi ilə bağlı xüsusi göstərişlər verib. Primeinfo.az xəbər verir ki, bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari deyib. Onun sözlərinə görə, Urmiya gölünün vəziyyəti hələ ekoloji standartlara uyğun deyil, lakin göldə tədricən yaxşılaşma müşahidə olunur: “Müsbət dinamikanın əsas səbəblərindən biri yağıntıların artması, digəri isə Pezeşkianın bu istiqamətdə verdiyi xüsusi göstərişlərdir.

Qətərin Baş naziri Məsud Pezeşkianla görüşüb

Qətərin Baş naziri Məsud Pezeşkianla görüşüb

İran Prezidenti Məsud Pezeşkian Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb. Primeinfo.az-ın məlumatına görə, Pezeşkian görüş zamanı İranın müharibə və münaqişənin genişləndirilməsinin tərəfdarı olmadığını bildirib. Onun sözlərinə görə, məsələlər güc nümayişi və müharibə yolu ilə deyil, dialoq vasitəsilə həll edilməlidir.

Pezeşkian hazırkı müharibənin mürəkkəb olduğunu deyib

Pezeşkian hazırkı müharibənin mürəkkəb olduğunu deyib

İran Prezidenti Məsud Pezeşkian hazırkı müharibənin əvvəlkilərdən daha mürəkkəb olduğunu və düşmənin ölkəni daxildən çökdürməyə çalışdığını bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. “Hazırkı müharibə əvvəlkindən daha mürəkkəbdir və düşmən ölkəni daxildən çökdürməyə çalışır”, – İran Prezidenti qeyd edib.

Pezeşkian Xamneyi ilə görüşünün 7 saat davam etdiyini deyib

Pezeşkian Xamneyi ilə görüşünün 7 saat davam etdiyini deyib

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamneyi ilə görüşünü şərh edib. Primeinfo.az-ın xəbərinə görə, Məsud Pezeşkian İranın dövlət televiziyasına müsahibəsində Müctəba Xamneyi ilə keçirdiyi görüşü müsbət və məhsuldar adlandırıb. Pezeşkianın sözlərinə görə, görüş çox yaxşı keçib və təxminən 7 saat davam edib.

Pezeşkian: “Azərbaycan müharibə zamanı bizə kömək etdi”

Pezeşkian: “Azərbaycan müharibə zamanı bizə kömək etdi”

“Azərbaycan bütün yolları bağladı və bizim bankımızın fəaliyyətini dayandırdı. Biz onlara zəng edib danışdıq. İki saatlıq söhbətdən sonra onlar hər şeyi yenidən açdılar. Bank, səfirlik və marşrutlar – hər şey yenidən açıldı”…

Pezeşkianın Xamneyi ilə məxfi görüşü - İDDİA

Pezeşkianın Xamneyi ilə məxfi görüşü - İDDİA

İran Prezidenti Məsud Pezeşkianın ölkənin Ali Lideri Müctəba Xamneyi ilə qeyri-adi görüş keçirdiyi barədə iddia yayılıb. İddiaya görə, görüş o qədər qeyri-adi şəkildə baş verib ki, Pezeshkian həqiqətən Xamneyi ilə görüşüb-görüşmədiyindən əmin olmayıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Iran International” nəşri öz mənbələrinə istinadən yayıb.