Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehrandakı Səadəbad sarayında İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb. Primeinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-İsrail hücumlarında həlak olan İranın mərhum lideri Əli Xamneyinin dəfn mərasimində iştirak etmək üçün İrana gələn Yılmaz “X” sosial media platformasındakı hesabında Pezeşkian ilə görüşü barədə paylaşım edib. O bildirib: “Qardaş İran xalqının ötən dövrdə yaşadığı ağrıları ürəkdən bölüşürük.
Son atəşkəs və sülh razılaşması İran xalqı üçün “böyük qələbə” olub və razılaşma çərçivəsində İranın neft və neft-kimya sektoruna tətbiq edilən sanksiyalar aradan qaldırılıb, Qətərdə dondurulmuş 6 milyard dollarlıq İran vəsaiti isə ölkəyə qaytarılacaq.
İran Prezidenti Məsud Pezeşkian Pakistan rəsmiləri ilə görüşlər keçirmək məqsədilə yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi İslamabada yola düşüb. Primeinfo.az xəbər verir ki, Pezeşkian son müharibədə həlak olanların, xüsusilə də ABŞ və İsrailin hücumları nəticəsində həyatını itirdiyi bildirilən Minab məktəbinin 168 şagirdinin xatirəsini anmaq məqsədilə “Minab-168” adlandırılan xüsusi təyyarə ilə Pakistana uçub. Səfər çərçivəsində İran prezidenti Pakistan rəhbərliyi ilə ikitərəfli münasibətlər, regional əməkdaşlıq, təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək.
İran və Türkiyə prezidentləri Məsud Pezeşkian və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasi məlumat verib. Abbasi İran Prezidentin səfərinin sabah baş tutacağını və böyük ehtimalla bir gün davam edəcəyini bildirib.
Hökumətə məxsus olan 20 milyon barel neft SEPAH-ın Hava-Kosmik Qüvvələrinə verilib ki, bu qurum öz imkanlarını və hərbi təchizatını gücləndirə bilsin: “Valyuta resurslarımızı onların ixtiyarına verdik…
İran uranın zənginləşdirilməsi hüququndan heç vaxt geri çəkilməyəcək və qarşı tərəf də bunu qəbul etməyə məcburdur. Primeinfo.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu bu gün Pul və Bank Siyasəti üzrə 33-cü Konfransda çıxışı zamanı İsveçrədə ABŞ-la müzakirələr barədə danışarkən bildirib. “Ölkədə birlik və həmrəyliyin pozulmasına yönəlmiş çıxışlar edən şəxslər faktiki olaraq düşmənin maraqlarına xidmət edir və onun dəyirmanına su tökürlər”, – deyə İran Prezidenti qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian “Mehr” agentliyinə verdiyi açıqlamada ölkəsi ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış “İslamabad memorandumu”nu yüksək qiymətləndirərək, bu sənədin tamamilə İranın milli maraqlarına uyğun olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, Pezeşkian iki ölkə arasında əldə olunmuş razılaşmanın regional və iqtisadi dividend bəxş edəcəyini vurğulayaraq bildirib: “İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun bütün müddəaları bizim xeyrimizədir və bu danışıqların müsbət nəticələri tezliklə hər kəsə bəlli olacaq”. Dövlət başçısı sazişin ilkin iqtisadi səmərəsi kimi Qətər banklarında dondurulmuş 6 milyard dollarlıq İran vəsaitinin rəsmi Tehrana geri qaytarılacağını xüsusi qeyd edib.
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ prezidenti ilə anlaşma memorandumunu rəqəmsal şəkildə imzaladıqdan sonra sülh qarşılıqlı hörmət əsasında gerçəkləşəcək. Primeinfo.az xəbər verir ki, X sosial şəbəkəsində paylaşım edən prezident Pezeşkian deyib: “Bu, tarixi bir sənəddir və güclü İrandan verilən bir mesajdır: sülh qarşılıqlı hörmətin kölgəsində əldə olunacaq”. O əlavə edib: “İran İslam Respublikası ləyaqət və müstəqilliyi qorumaqla, tərəqqini və regional əməkdaşlığı inkişaf etdirməklə qlobal sülhə hər zaman sadiqdir”.
Donald Tramp və Məsud Pezeşkian ABŞ və İran arasında atəşkəs barədə anlaşma memorandumu imzalayıblar.