
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ prezidenti ilə anlaşma memorandumunu rəqəmsal şəkildə imzaladıqdan sonra sülh qarşılıqlı hörmət əsasında gerçəkləşəcək.
Primeinfo.az xəbər verir ki, X sosial şəbəkəsində paylaşım edən prezident Pezeşkian deyib:
“Bu, tarixi bir sənəddir və güclü İrandan verilən bir mesajdır: sülh qarşılıqlı hörmətin kölgəsində əldə olunacaq”.
O əlavə edib:
“İran İslam Respublikası ləyaqət və müstəqilliyi qorumaqla, tərəqqini və regional əməkdaşlığı inkişaf etdirməklə qlobal sülhə hər zaman sadiqdir”.