Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Məsud Pezeşkian

Pezeşkian: İran ABŞ ilə dialoqu davam etdirəcək

Pezeşkian: İran ABŞ ilə dialoqu davam etdirəcək

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yenidən hücumları fonunda münaqişənin həlli ilə bağlı ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib. Primeinfo.az  xəbər verir ki, bunu İran prezident Məsud Pezeşkian deyib. “Ali Milli Təhlükəsizlik Şurası danışıqların davam etdirilməli olduğu qənaətinə gəlib”, – o deyib.

Pezeşkianın istefası ilə bağlı xəbərlər niyə yayılır? - VİDEO

Pezeşkianın istefası ilə bağlı xəbərlər niyə yayılır? - VİDEO

“Srağagün İran Prezidenti Məsud Pezeşkianın istefa verdiyi barədə növbəti dəfə məlumat yayılıb və qısa müddət ərzində geniş diqqət çəkib”. Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “YouTube” kanalının hazırladığı videosüjetdə bəhs edilir. “Xaricdən yayımlanan müxalif “Iran International” kanalının məlumatlı mənbəyə istinadən verdiyi xəbərdə deyilir ki, Pezeşkian ölkənin Ali Lideri Müctəba Xameneiyə ünvanladığı məktubda istefasının səbəbi kimi İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni SEPAH-ın bir qrup komandirinin hakimiyyətin əsas sahələri üzərində tam nəzarət qurduğunu göstərib və xəbərdarlıq edib ki, prezident faktiki olaraq ölkə üçün önəmli və həyati əhəmiyyətli qərarların qəbul edilməsi prosesindən kənarda saxlanılıb.

İran mediasından sensasion məlumat – Pezeşkian istefa ərizəsi yazdı

İran mediasından sensasion məlumat – Pezeşkian istefa ərizəsi yazdı

İran Prezidenti Məsud Pezeşkianın tutduğu vəzifədən istefa vermək üçün rəsmi müraciət etdiyi iddia olunur. Primeinfo.az xəbər verir ki, “Iran International”ın yaydığı məlumata görə, Pezeşkian istefa ərizəsi yazaraq onu Müctəba Xameneinin ofisinə göndərib. Məlumata əsasən, İran prezidenti bu qərarını ölkə idarəçiliyində SEPAH komandirlərinin dominant mövqe tutması ilə əlaqələndirib.

Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır

Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır

İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən, bir hissəsi isə ölkənin xüsusi şəraitindən yaranan təzyiqlərdən qaynaqlanır. Primeinfo.az-ın “Tasnim” agentliyinə istinadən məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib. O qeyd edib ki, hökumət ölkənin mövcud çətinliklərdən ən az xərc və zərərlə çıxması üçün var gücü ilə çalışır.