İran İsraillə iyundakı 12 günlük müharibə zamanı müttəfiq hesab etdiyi ölkələrdən heç bir dəstək almayıb. Primeinfo.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib. “Bizim dostumuz və 12 günlük müharibə zamanı kömək etməli olan bəzi ölkələr bunu etməyib”, – İran Prezidenti qeyd edib.
“Ölkənin paytaxtını Tehrandan köçürmək lazımdır”. Primeinfo.az IRNA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Qəzvin vilayətində keçirilən ictimaiyyətlə görüş zamanı bildirib. “Bu günün reallığı ondan ibarətdir ki, artıq seçimimiz yoxdur; paytaxtı köçürmək bir zərurətdir”, – o vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkian hökumətin xalqın sosial və iqtisadi problemlərinin həllinə yönəlmiş prioritetlərini vurğulayıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Parlamentin plenar iclasında prezident bildirib ki, İran parlamenti hər həftə bir gününü insanların problemlərinə həsr etməyə çalışır: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil.
Bu gün İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti fəalları ilə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Görüş zamanı prezident yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında böyük maraq yaradıb.
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab verib. Primeinfo.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bununla bağlı o özünün sosial şəbəkə hesabında paylaşım edib. Yusif Pezeşkian bildirib ki, ölkədə nöqsanları və problemləri etiraf etmək islahatın başlanğıcıdır və prezident bu məsələdə dürüstlük nümayiş etdirir.
İran Prezidenti Məsud Pezeşkian il sonuna qədər Qazaxıstana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib. O bildirib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə 20-dən çox əməkdaşlıq müqaviləsi imzalanacaq.
İran Prezidenti Məsud Pezeşkian paytaxtın Tehrandan Fars körfəzi sahilinə köçürülməsi təklifini irəli sürüb. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Prezident bildirib ki, Tehranda həyat getdikcə dözülməz hala gəlir və bu addım artıq zəruri bir qərara çevrilib.
“İqtisadi problemlər qarşısında hakimiyyətdən getmək barədə danışmamalıyıq. Qalıb, bizi dayandırmaq istəyənlərə qarşı duracağıq”. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
İran Prezidenti Məsud Pezeşkian Tehranda davam edən su böhranı və torpaq sürüşmələri səbəbindən paytaxtı Fars körfəzinə, Dubayla (BƏƏ) üzbəüz bölgəyə köçürməyi təklif edib. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Times”in analitiki Nik Kövsər yazıb. Təhlilçilər deyirlər ki, İranda onilliklər boyu davam edən su böhranı ölkə üçün ciddi xəbərdarlıqdır.
İran Prezidenti Məsud Pezeşkian qadınların hicaba məcbur edilməsinə qarşı çıxıb. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə o, “NBC Nyus” kanalının aparıcısı Tom Lamasa müsahibəsində bildirib. “İnsanların seçim hüququ var.