Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, o, deyib: “Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.
Venesuela Prezidenti Nikolas Maduro Rusiya və respublikanın strateji tərəfdaşlığı və əməkdaşlığı haqqında on il müddətinə ratifikasiya edilmiş müqaviləni imzalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə VTV telekanalı məlumat yayıb. Maduro bildirib ki, müqaviləni Rusiya Prezidenti Vladimir Putinin doğum günü (7 oktyabr) imzalaması təsadüfi deyil.
Kremlin sözçüsü Dmitri Peskov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını vacib adlandırıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, o, bu barədə brifinqdə danışıb: “Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib. Söhbət zamanı digər məsələlər də müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Primeinfo.az-ın məlumatına görə, dövlət başçısı Rusiya Prezidentini doğum günü münasibətilə təbrik edib. Vladimir Putin təbriklərə görə təşəkkürünü bildirib.
Rusiya Pezidenti Vladimir Putin noyabrda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin səfərini gözləyir. Primeinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Hazırda hamımız Qazaxıstan prezidentinin Rusiya Federasiyasına noyabrda baş tutacaq dövlət səfərinə hazırlaşırıq.
Rusiya prezidenti Vladimir Putin bu gün – cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb. Paşinyan Rusiya Federasiyasına işgüzar səfər edib.
Strateji sabitlik sahəsində vəziyyət pisləşməkdə davam edir. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ müşavirədə bildirib. Qeyd edib ki, Rusiya istənilən strateji təhdidlərə sözlə deyil, hərbi-texniki tədbirlərlə cavab verməyə hazırdır: Rusiya çəkindirici qüvvələrinin etibarlılığına və effektivliyinə əmindir.