Bu gün Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ” səfərdə “Şamaxı” ilə qarşılaşacaq. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, matçın keçiriləcəyi Şamaxı Şəhər Stadionunun ot örtüyü qarla örtülüb. Gecədən yağan qar süni meydançanı tamamilə örtüb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Nyukasl” (İngiltərə) komandalarının oyunlarının keçiriləcəyi tarix və başlama saatları müəyyənləşib. Primeinfo.az xəbər verir ki, “köhlən atlar” ilk matçını fevralın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub.
“Qarabağ” klubunun oyunçuları Çempionlar Liqasının əsas mərhələnin 8-ci turunda “Liverpul”a 0:6 hesabı ilə məğlub olmalarına baxmayaraq, “pley-off” mərhələsinə vəsiqə qazandıqları üçün əhəmiyyətli bonuslar alacaqlar.
ABŞ-ın Azərbaycanakı Səfirliyi “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib. Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir: “Bu, Azərbaycan futbolu tarixində ilk belə uğurdur! Bu nailiyyət Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın məntiqi nəticəsidir.
Ötən il xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib. Bildirilib ki, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Misli Premyer Liqasının XVII turu son illərdə nadir təsadüf olunan hadisə ilə əlamətdar olub. Primeinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 12 qat Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Kəpəz”ə 0:2 hesabı ilə uduzub. Ağdam klubunun Premyer Liqa matçında öz meydanında bir topdan artıq fərqlə uduzması təxminən 14 ildən sonra qeydə alınıb.
Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vuran “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə klubdan ayrıla bilər. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər səngimək bilmir. Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilir.
Türkiyəli tanınmış idman şərhçisi Ertem Şener “Qarabağ”ın “Ayntraxt” üzərində qələbəsini (3:2) şərh edib. Primeinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. “Qarabağ”a halal olsun.
“Qarabağın” kolumbiyalı hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqasının liqa mərhələsində “Ayntraxta” qarşı oyunun ən yaxşısı seçilib. Primeinfo.az xəbər verir ki, oyun bitdikdən sonra ona mükafat təqdim edilib. Qeyd edək ki, matç “Qarabağın” 3:2 hesablı qələbəsi ilə başa çatıb.