Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qarabağ klubu

"Qarabağ" və "Ayntraxt"ın start heyətləri

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Ayntraxt” kollektivlərinin start heyətləri bəlli olub. Primeinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar. “Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Qarabağ”-“Ayntraxt”ın oynanılacağı Respublika stadionu qardan təmizləndi - VİDEO

Bu gün saat 21:45-də UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçının oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu qardan təmizlənib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, arenanın ot örtüyünün matç üçün hazır vəziyyətə gətirilməsi ilə bağlı işlər tamamlanıb. Qeyd edək ki, ötən gün arenanın ot örtüyü qar altında qalmışdı.

“Qarabağ” “Ayntraxt”la matça belə hazırlaşdı - VİDEO

“Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” komandası ilə keçiriləcək qarşılaşma öncəsi son məşqinə çıxıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu sonuncu məşqlə hazırlıqlarını tamamlayıb. Qeyd edək ki, Ağdam təmsilçisi bu oyuna qədər keçirdiyi son 5 matçda 2 qələbə və 1 heç-heçə əldə edib.

Qurban Qurbanov: "Ayntraxt"la oyun bizim üçün çox vacibdir"

UEFA Çempionlar Liqasındakı növbəti oyun “Qarabağ” üçün çox vacibdir. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Çox vacib oyundur.

Bakı metrosunda "Qarabağ"ın oyunu ilə əlaqədar iş saatı uzadılacaq

Bakı Metropoliteni yanvarın 21-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq. Primeinfo.az-a bu barədə Metropolitendən bildirilib. Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti və “Bakı Metropoliteni” QSC-nin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlərlə əlaqəli əməliyyat planına uyğun olaraq, metropolitendə iş saatı uzadılacaq.

"Qarabağ" - "Ayntraxt Frankfurt" matçının hakimləri AÇIQLANDI

“Qarabağ” və “Ayntraxt Frankfurt” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb. Primeinfo.az xəbər verir ki, matç İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Sandro Şarer olacaq.

Qurban Qurbanov: "Ən çox maraq yerli futbolçularımızadır"

“Digər klublardan həm yerli, həm də əcnəbi futbolçularımıza maraq var”. Primeinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ən çox maraq yerli futbolçularadır: “Menecerlər tez-tez əlaqə saxlayırlar.

“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi

UEFA İspaniyanın “Atletik” klubunu Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyuna görə cəzalandırıb. Primeinfo.az xəbər verir ki, Bilbao təmsilçisi azarkeşlərinin həmin matçda etdiklərinə görə 10 min avro (20 min manat) cərimələnib. Qeyd edək ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı.