Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qarabağ klubu

Valverde: "Qarabağ" çox yaxşı komandadır"

“Qarabağ” çox yaxşı komandadır. Primeinfo.az xəbər verir ki, bunu İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib. O, “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunundan əvvəl komanda haqda fikirlərini bölüşüb: “Qarabağ” İspaniyaya 6 xalla gəlir.

“Qarabağ” klubu səfərə gedir

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik”lə (Bilbao) qarşılaşacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, komanda saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yola düşəcək.

"Qarabağ" "Turan Tovuz"u məğlub edib

Misli Premyer Liqasının VIII turunda “Qarabağ” “Turan Tovuz”u məğlub edib. Primeinfo.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib.

"Qarabağ"ın futbolçusundan evlilik təklifi - FOTO

“Qarabağ” klubunun ispaniyalı futbolçusu Joni Montiel sevdiyi qadına evlilik təklif edib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun sevgilisi Karlota Bruneyi özünün “Instagram” səhifəsində paylaşım edib. O, Montiellə paylaşdığı fotoya “Bəli, səninlə əbədi başlanğıca” şərhini yazıb.

“Qarabağ” dünya reytinqində 14 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib. Primeinfo.az xəbər verir ki, reytinqdə 501 klub yer alıb. Azərbaycan çempionu “Qarabağ” dünya reytinqində 14 pillə irəliləyərək 96-cı sıradan 82-ci yerə yüksəlib.

Desam: Rəqibin komandasında “Qarabağ”ın 7 futbolçusu var

“Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Bu da var ki, rəqibin heyətində Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu yer alıb”. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.

"Qarabağ"dan "Atletik"lə oyuna görə azarkeşlərə MÜRACİƏT

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada “Atletik”ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb. Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər.

Türkiyəli yutuber TRT-ni “Qarabağ”a görə tənqid etdi - VİDEO

Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib. Primeinfo.az xəbər verir ki, o, adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib. “Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər.

"Qarabağ"ın oyununa 27 500 bilet satılıb

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa indiyədək 27 500 bilet satılıb. Bu barədə Primeinfo.az-a Ağdam klubundan məlumat verilib. Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.