Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Rusiyanın Sverdlovsk vilayətində məhkəmə Yekaterinburqda əvvəlki illərə aid qətl işləri üzrə təqsirləndirilən üç azərbaycanlının həbs müddətini uzadıb. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidməti yayıb. Azər Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin “z” və “j” bəndləri üzrə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qətl, sifarişli qətl və sifarişli qətlə cəhd ittihamları ilə mühakimə olunurlar.

Britaniya Rusiyanın 19 şirkətinə sanksiyalar tətbiq edib

Böyük Britaniya “Tatneft”, “Russneft”, “NNK-Oil” və “Rusneftegaz” da daxil olmaqla Rusiyanın 19 şirkətinə və 5 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb. Bundan əlavə, sanksiya siyahısına ticarət şirkətləri olan “Redwood Global Supply” və “Tejarinaft” də daxil edilib.

Avropa Parlamenti Rusiya qazından imtina haqqında qanunu təsdiqləyib

Avropa Parlamentinin deputatları əvvəllər Aİ Şurası ilə razılaşdırılmış Rusiya qazının alışının tədricən dayandırılması haqqında sazişi təsdiqləyiblər. Primeinfo.az xəbər verir ki, bu barədə Strasburqda həmməruzəçilər İnes Vaydere və Villa Niinistyo bildiriblər. Plenar iclasda 500 nəfər razılaşmanın qəbul edilməsinin tərəfdarı olub, 120 deputat sənədin əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb.

Belausov: NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır

NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır. Primeinfo.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belausov nazirliyin prezident Vladimir Putinin iştirakı ilə keçirilən kollegiya iclasında bildirib. Onun sözlərinə görə, şimal alyansının Rusiya ilə toqquşmasına hazırlıq başlayıb.

Tacikistan Rusiyaya nota verdi

Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Tacikistan XİN yayıb. Nazirlik ötən gün Moskva vilayətində məktəbdə baş verən hücumu pisləyib və səfir Qriqoryevə hadisənin araşdırılması tələbi ilə nota təqdim edib.

İlqar Altay: “Putin Rusiyaya 8 milyon ac-yalavac hindli gətirir”  

“Putin Ukraynada müharibə başlatmasından sonra, Hindistan kişilərini Rusiyaya köçürtmə sazişi ilə, ikinci böyük və ziyanlı yanlışı etdi”. Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi ekspert İlqar Altay sosial şəbəkədə yazıb. O bildirib ki, Tramp ərəblərlə saziş bağlayıb və ABŞ-a 8 trilyon (8 min milyard) investisiya gətirib.

Ötən gecə Rusiya səmasında 94 PUA məhv edilib

Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə vasitələri ölkə regionları, eləcə də Azov və Qara dənizlərin akvatoriyaları üzərində 94 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, ələ keçirilərək məhv edilən PUA-lardan 31-i Krasnodar diyarı, 22-si Rostov vilayəti, 10-u Voronej vilayəti, 8-i Saratov vilayəti, 8-i Azov dənizinin akvatoriyası, 8-i Qara dənizin akvatoriyası, 4-ü Volqoqrad vilayəti, 3-ü isə Bryansk vilayəti üzərində vurulub.

Putin Türkiyəyə gedəcək

2026-cı ildə Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə türk diplomatik mənbəsi məlumat verib. “Rusiya liderinə dəvət ən yüksək səviyyədə elan edilib.