Rusiya-Ukrayna-ABŞ görüşü keçirilir
ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.
ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.
Həyəcan siqnalı verən “Azur Air” aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Çinin Lançjou hava limanında təcili eniş etməyə hazırlaşır. Primeinfo.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir. Məlumata görə, göyərtəsində 238 sərnişin olan təyyarə dörd saat əvvəl Tailanddan havaya qalxıb.
Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyadan çıxmış neft tankerini saxlayıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, gəmi beynəlxalq sanksiyalar altındadır və saxta bayraq altında üzməkdə şübhəli bilinir.
“Rusiyada o halda etirazlar ola bilər ki, ölkədə savaş sosial-iqtisadi problemlər yaratsın, işsizlik artsın və cəbhədə açıq məğlubiyyət olsun”.
Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. 6,4 bal gücündə zəlzələnin Kamçatka sahillərində qeydə alındığı bildirilir.
“Rusiya tarix boyu siyasi əxlaqı olmayan bir dövlətdir. Rusiya imperiya dövründə də belə olub, Sovetlər dövründə də. Bu gün də əxlaqsız siyasət aparırlar”.
Rusiyanın Domodedovo hava limanı yenidən hərraca çıxarılacaq. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, təkrar hərrac yanvarın 29-da baş tutacaq və potensial alıcıların ərizəsinin qəbuluna artıq sabahdan (22 yanvar) başlanacaq. Xatırladaq ki, yanvarın 20-də Moskvanın Domodedovo aeroportunun satışı üzrə nəzərdə tutulan hərrac baş tutmayıb, belə ki, yeganə namizəd hərrac sessiyasına buraxılmayıb.
Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir. Ukrayna ilə apardığı müharibə fonunda təhdid siyasəti getdikcə daha qabarıq forma alır. Bu dəfə Rusiyalı politoloq Aleksandr Duqin Azərbaycanı separatizmlə hədələyib.
Ermənistanda Rusiyanın mayeləşdirilmiş təbii qazının Azərbaycandan keçməklə dəmir yolu vasitəsilə Ermənistana daşınması məsələsi müzakirə olunur.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya təqribən 98,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Primeinfo.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 4,2 milyon ABŞ dolları olub. Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 1,6 dəfə, dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud 1,9 dəfə azalıb.