Ankara həm Rusiyanı, həm də Ukraynanı Qara dənizdə gəmiçiliyi təhdid edə biləcək hərəkətlərə qarşı xəbərdar edir. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışı zamaanı deyib. “Son hadisələr Qara dənizdə dəniz gəmiçiliyi üçün ciddi təhlükə yaradır.
Ukrayna 15 Rusiya vətəndaşını Belarusa təhvil verib. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, 12 qadın və 3 kişi Belarusa təhvil verilib.
“Qara dənizdə bu gün ən güclü donanma Türkiyə donanmasıdır. Türkiyə orada istədiyi addımı ata bilər. Rusiyanın donanma gücü kifayət qədər zəifləyib. Yəni, Türkiyə Qara dənizdə savaşın olmasında maraqlı deyil”.
Rusiyanın Kamçatka diyarında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının teleqram kanalında bildirilib. Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatskidən 218 km məsafədə baş verib.
Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən Uspenskaya orta məktəbinə hücum edən 15 yaşlı yeniyetmə olub.
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Amerika Ticarət Palatasının üzvləri ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Lavrov Tramp administrasiyasının Ukraynadakı münaqişənin davamlı həlli istiqamətində nümayiş etdirdiyi səyləri, mövcud beynəlxalq vəziyyətin inkişaf tendensiyalarını, eləcə də Rusiya-Amerika münasibətlərinin perspektivlərini qiymətləndirib..
Rusiya Qara dənizdə Türkiyəyə məxsus “Viva” yük gəmisinə hücum edib. Gəminin göyərtəsində 11 Türkiyə vətəndaşının olduğu bildirilir. Bir neçə gün əvvəl isə Ukraynanın Odessa limanında Türkiyəyə məxsus başqa bir yük gəmisi hücuma məruz qalıb.
Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib.
Ukraynanın Odessa Limanında Rusiya ordusu tərəfindən raketlə vurulduğu bildirilən Türkiyəyə aid yük gəmisində yanğın baş verib. Primeinfo.az xəbər verir ki, yanan gəminin videogörüntüləri yerli KİV tərəfindən paylaşılıb.
Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini hədəfə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Qara qığılcım” müqavimət mərkəzi ilə əməkdaşlıq nəticəsində Rusiyaya məxsus – “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” iki gəmi Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında vurulub.