Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

Rusiya Almaniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır

Almaniya diplomatik missiyasının rəhbəri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, Rusiya cavab olaraq Moskvadakı Almaniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır.

Umerov: "Görüş əsaslı və məhsuldar idi"

Ukrayna nümayəndə heyəti Rusiya-Ukrayna müharibəsinin həllinə yönəlmiş Rusiya və ABŞ ilə üçtərəfli danışıqların ilk günündən sonra Prezident Volodimir Zelenski üçün hesabat hazırlayır. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov öz məlumat verib. “Görüş əsaslı və məhsuldar idi.

Rusiya və İrandan Ermənistana uçuşlar dayandırılıb

Rusiyanın Soçi şəhərindən və İranın paytaxtı Tehrandan Ermənistanın İrəvan şəhərinə uçuşlar ləğv olunub. Primeinfo.az bildirir ki, Ermənistan mətbuatının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, bu barədə məlumat İrəvanın Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş lövhəsində öz əksini tapıb. Bildirilib ki, “Flysepehran” şirkətinin İrandan Ermənistana, “Azimut” şirkətinin də Soçidən İrəvana uçuşları dayandırılıb.

Çin və Rusiya liderlərinin virtual görüşü olub

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə virtual görüşü olub. Primeinfo.az xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Görüşün detalları barədə daha sonra açıqlama veriləcək.

"Rusiya parçalana bilər" - Deputatdan İDDİA - VİDEO

“Rusiyanın regionlarında vəziyyət kifayət qədər ağırdır. Bir çox əyalətləri, şəhərləri, kəndləri var ki, hətta bu gün də normal isidilmir, yollar bərbad vəziyyətdədir, insanların maddi rifah halı kifayət qədər aşağıdır. Primeinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Arzuxan Əlizadə Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

"Rusiya verdiyi vədləri pozdu" - Zelenski

Rusiya Ukraynanın enerji və kritik infrastrukturu ilə bağlı verdiyi vədləri pozaraq müharibənin davamına üstünlük verir. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O, bu fikirləri NATO-nun baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.