Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

Rusiyadan İranla bağlı sərt XƏBƏRDARLIQ

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İranın daxili siyasi proseslərinə xarici müdaxilə Yaxın Şərqdə təhlükəsizliyə ciddi mənfi təsir göstərə bilər. Nazirliyin açıqlamasında vurğulanır ki, İran İslam Respublikasına qarşı hər hansı yeni təzyiq və zərbə cəhdləri qəbuledilməzdir. Primeinfo.az Milli.az-a istinadla xəbər verir ki, açıqlamada bildirilib ki, xaricdən təşviq olunan iğtişaşların 2025-ci ilin iyununda İrana qarşı həyata keçirilən hər hansı təcavüzün təkrarlanması üçün bəhanə kimi istifadə olunması təhlükəli nəticələrə yol aça bilər və bu, yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də risklər yaradır.

Rusiya və Türkiyədən gənc qızlar oğurlanıb - "Epşteyn işi" 

ABŞ-də maliyyəçi Ceffri Epşteyn işi üzrə bir sıra sənədlər dərc olunub. Primeinfo.az-ın Modern.az-a istinadən xəbərinə görə, dərc olunan sənədlərdən aydın olur ki, o, Türkiyə, Rusiya, Çexiya və bir sıra Asiya ölkələrindən olan yetkinlik yaşına çatmayan qızları cinsi istismar üçün oğurlayıb. Həmin qızların çoxunun ingilis dilində az danışdığı və ya heç danışmadığı məlumdur.

Rusiya XİN Ermənistanla əməkdaşlıq məsələlərinə aydınlıq gətirib

Rusiya bütün hallarda tərəfdaşları qarşısında beynəlxalq öhdəliklərə sadiqdir. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. “Rusiya ənənəvi müttəfiqlərini – Ermənistan, Suriya, Venesuela və İranı – ABŞ-ın taleyinə buraxırmı?” sualına cavab olaraq bildirilib ki, məsələnin bu cür qoyuluşu ilə razılaşmaq olmaz.

Rusiya Prokurorluğu azərbaycanlı blogerə qarşı ittiham aktını təsdiqləyib

Rusiya Prokurorluğu azərbaycanlı bloger Hüseyn Həsənova qarşı çirkli pulların yuyulması işi üzrə ittiham aktını təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Hüseyn Həsənov Rusiya Cinayət Məcəlləsinin “cinayət törətmək yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddəsi ilə ittiham olunur.

"Rusiyanın sonuncu qalası İrandır" - SON DƏQİQƏ - VİDEO

“Həm Rusiya, həm də Çin tərəfindən hərbi təyyarələrin intensiv şəkildə İrana gəlməsi müharibəyə ciddi hazırlıqdan xəbər verir. Rusiyanın sonuncu Yaxın Şərq qalası İrandır”. Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Bədrəddin Quliyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Rusiyada meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, xəstə virusa ölkə daxilində yoluxub, o, hazırda Moskvanın Domodedovo xəstəxanasında təcrid olunub. Onun tanışı olan kişi də oxşar simptomlarla xəstəxanaya yerləşdirilib, lakin diaqnoz hələ təsdiqlənməyib.

Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğradı: 3 ölü

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki Canatalap qəsəbəsi yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan “Diamond Aircraft” şirkətinin istehsalı olan təyyarə təlim uçuşu həyata keçirirmiş. Onun göyərtəsindəki Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin iki kursantı və bir pilot həlak olublar.

Rusiyada azərbaycanlının 2 milyonluq evi ƏLİNDƏN ALINDI

Rusiyanın Sverdlovsk vilayətinin Alapayevsk şəhərində yaşayan, Rusiya vətəndaşlığı almış azərbaycanlıya xaricilərin saxta qeydiyyata alınması ilə bağlı cinayət işi açılıb və o, mənzilindən məhrum edilib. Primeinfo.az  Lent.az-a istinadən xəbər verir ki, ittihama görə, o, 2024 və 2025-ci illərdə 46,6 kvadratmetr sahəsi olan ikiotaqlı mənzilində faktiki olaraq orada yaşamayan doqquz həmvətənini qeydiyyata alıb. Həmin mənzildə eyni zamanda ailəsi ilə birlikdə bir kirayəçi də yaşayırmış.