Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının yaradılmasını təmin edən Naxçıvan Sazişinin 16-cı ildönümü və Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə paylaşım edib. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu günün böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsinə, ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişafına töhfə verməsini arzulayıram.
Hər il oktyabrın 3-ü Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd edilir. Primeinfo.az xəbər verir ki, bu əlamətdar gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən qeyd edilir.
Oktyabrın 6-7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Bu gün Bakıda “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı (TDT) regional aktor kimi” mövzusuna həsr olunmuş konfrans öz işinə başlayıb. Primeinfo.az xəbər verir ki, konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində TDT-nin rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün ortaya çıxan yeni əməkdaşlıq imkanlarını müzakirə edirlər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev açılış nitqində TDT çərçivəsində beyin mərkəzlərinin indiyədək 10 belə görüş və konfransın təskil olunduğunu bildirib.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT Baş Assambleyasının sentyabrın 12-də qəbul etdiyi “Fələstin məsələsinin sülh yolu ilə həllinə dair Nyu-York Bəyannaməsinin Təsdiqi və İki Dövlətli Həllin İcrası” qətnaməsini alqışladığını bəyan edib. Primeinfo.az-ın məlumatına görə, o, qeyd edib ki, qətnamə 142 üzv dövlət tərəfindən dəstəklənib. “Həmçinin, Fələstin Dövlətinin tanınmasına dair son dövrdə atılmış addımları təqdir edirəm.
Bu ilin oktyabr ayında Türk Dövlətləri Təşkilatınna (TDT) sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, “Regional sülh və təhlükəsizlik” şüarı altında sammit olacaq.
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək. Primeinfo.az-ın məlumatına görə, tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti və TDT-nin Baş katibi iştirak edəcəklər. İclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sektorlar üzrə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq.
Sentyabrın 18-də Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb. Tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov və TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak edəcəklər.
Türk Dövlətləri Təşkilatı (TDT) öz bayrağını kosmosa göndərəcək. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Bişkekdə keçirilən dördüncü iclasının yekunlarına dair TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib. Onun sözlərinə görə, TDT Türk dünyasının minillik tarixinə, mədəniyyətinə və irsinə əsaslanan unikal təşkilatdır.
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 4-cü toplantısı keçirilib. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak