“Türk dünyası üzrə ortaq turizm marşrutları layihəsinə Şimali Kipr daxil edilsin”. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel deyib. O bildirib ki, bölgədəki münaqişələrin sona çatması üçün TDT-nin yaradacağı sabitlik və etimad mühitinə hər zamankından daha çox ehtiyac var: “Kipr məsələsində isə yeganə real həll yolu suveren və bərabər beynəlxalq statusun tanınmasıdır.
COP31-ə sədrliyimiz müddətində COP29-u uğurla həyata keçirən Azərbaycanın təcrübəsindən yararlanırıq. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib. O bildirib ki, Türkiyə qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rol oynamağa qərarlıdır: “TDT-yə üzv və müşahidəçi dövlətlərin COP prosesində fəal iştirakı əməkdaşlığın genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə COP-31 gündəliyimiz çərçivəsində maddi nəticələr əldə etmək üçün möhkəm zəmin yaradacaq”.
Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb.
Bakıda 1-2 aprel tarixlərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin baş nazirlərinin 2-ci iclası keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüraliyev APA-nın Türkiyə bürosunun suallarını cavablandırarkən məlumat verib. O bildirib ki, baş nazirlərin görüşündə iqtisadi və nəqliyyat logistika məslələləri müzakirə olunacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı ilə bağlı Qaziantepdə keçirilən tədbirə videomüraciət ünvanlayıb.
Türk Dövlətləri Təşkilatı hərbi-siyasi blok deyil, amma hərbi-texniki sahədə əməkdaşlıq edirik.
Tükiyə İrandakı müharibənin yayılmasını istəmir və bölgədəki hadisələri narahatlıq üçün səbəb sayır.
Qardaş Azərbaycana qarşı hücumlara qarşı Türk Dövlətləri Təşkilatı (TDT) güclü həmrəylik nümayiş etdirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuralıyev ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb. İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları pislənilib, bu hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi bildirilib.
Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb.