Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.
Türk dövlətlərinin həmrəy olması xüsusi əhəmiyyət daşıyır. Primeinfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib. “Hazırda olduqca mürəkkəb və dəyişkən beynəlxalq siyasi vəziyyətdən keçirik.
Süni intellekt dəstəkli müdafiə texnologiyalarının sürətlə inkişaf etdiyi, enerji, ərzaq və logistika təhlükəsizliyinin strateji məsələyə çevrildiyi, Çin–ABŞ rəqabətinin Avrasiya coğrafiyasına təsirinin artdığı indiki mərhələdə Türk Dövlətləri Təşkilatının (TDT) yalnız “qardaşlıq platforması” olaraq qalması kifayət etmir…
2025-ci ilin sonuna Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin ümumi ÜDM həcmi 2,1 trilyon dolları, ticarət dövriyyəsi isə 1,127 trilyon dolları keçib. Primeinfo.az xəbər verir ki, bu rəqəmləri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Astanada keçirilən TDT ölkələrinin biznes forumunda açıqlayıb. O, TDT ölkələrinin əhalisinin 178 milyon nəfəri keçdiyini və bunun nəhəng iqtisadi potensialı təmsil etdiyini, həmçinin qlobal ÜDM-in 2,8 faizini və dünya ticarətinin 3,6 faizini təşkil etdiyini qeyd edib.
Astanada Türk Dövlətləri Təşkilatının (TDT) ətraf mühit və ekologiya məsələləri üzrə nazirlərinin İkinci görüşünün yekunlarına dair Bəyannamə imzalanıb. Primeinfo.az Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan nümayəndələri, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və təşkilatdan olan müşahidəçilər iştirak ediblər. Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev ölkələrin iqlim dəyişikliyi, tükənmiş su ehtiyatları, torpaqların deqradasiyası, Xəzər dənizinin dayazlaşması və Aral dənizinin qurumasının nəticələri də daxil olmaqla ortaq ekoloji problemlərlə üzləşdiyini qeyd edib.
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial media hesabında paylaşım edib. Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.
“İndiki məqamda türk dünyasının bir yerdə olması olduqca önəmlidir. Biz Türkiyə və digər türk dövlətləri ilə daim bir mövqedə olmalıyıq. Baş verən hadisələr bizi parçalamamalıdır. Yəni, nə olursa-olsun, türk dünyasının baş verənlərə mövqeyi eyni olmalıdır”.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib.
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşündə birgə bəyanat qəbul edilib.
“TDT çərçivəsində mayın 15-də Türküstanda liderlərin qeyri-rəsmi Zirvə görüşü, eləcə də Təhlükəsizlik Şurası katiblərinin, müdafiə sənayesi nazirlərinin görüşləri həyata keçiriləcək”. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib. O bildirib ki, bu görüşlər siyasi baxışlarda əlaqələndirməni daha da gücləndirəcək.