Türk dünyası Mərkəzi Asiyadan Qafqaza və Avropaya qədər uzanan dinamik urbanik məkandır. Lakin şəhərlərimiz sürətli əhali artımı, nizamsız urbanizasiya, ətraf mühitin çirklənməsi, sosial bərabərsizlik kimi mürəkkəb problemlərlə üz-üzədir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev deyib.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında şəhər və məkan planlaşdırılması, eləcə də dayanıqlı şəhər inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.
Türk dövlətləri arasında rəqəmsal inteqrasiyanın genişləndirilməsi strateji məqsəd kimi müəyyənləşdirilib. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib. “Elektron pasport və rəqəmsal identifikasiya sistemlərinin tətbiqi istiqamətində mühüm işlər görülüb.
Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda qeyri-rəsmi iclasında çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyindən Primeinfo.az-a bildirilib ki, nazir çıxışı zamanı regional və beynəlxalq təhlükəsizlik mühitinin həssas olaraq qaldığını, artan geosiyasi qeyri-müəyyənliklərin, davam edən münaqişələrin, hibrid təhdidlərin, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların türk dövlətləri arasında daha sıx həmrəylik və koordinasiya tələb etdiyini bildirib. Bu məqsədlə təhlükəsizlik, nəqliyyat, enerji dayanıqlılığı, kibertəhlükəsizlik və digər strateji sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, Orta Dəhlizin və Türk dünyası vasitəsilə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb bağlantı layihələrinin strateji əhəmiyyəti qeyd edilib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının nüfuzunu və birliyini möhkəmləndirmək yönündə səylərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Primeinfo.az xəbər verir ki, Özbəkistan Prezidenti bunu Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib. “Təşkilatımızın nüfuzunu və birliyini möhkəmləndirmək yönündə böyük səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmərəli sədrliyə görə səmimi minnətdarlığımı ifadə edirəm”, – deyə Şavkat Mirziyoyev qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər.
Türk dövlətlərinin həmrəy olması xüsusi əhəmiyyət daşıyır. Primeinfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib. “Hazırda olduqca mürəkkəb və dəyişkən beynəlxalq siyasi vəziyyətdən keçirik.
Süni intellekt dəstəkli müdafiə texnologiyalarının sürətlə inkişaf etdiyi, enerji, ərzaq və logistika təhlükəsizliyinin strateji məsələyə çevrildiyi, Çin–ABŞ rəqabətinin Avrasiya coğrafiyasına təsirinin artdığı indiki mərhələdə Türk Dövlətləri Təşkilatının (TDT) yalnız “qardaşlıq platforması” olaraq qalması kifayət etmir…
2025-ci ilin sonuna Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin ümumi ÜDM həcmi 2,1 trilyon dolları, ticarət dövriyyəsi isə 1,127 trilyon dolları keçib. Primeinfo.az xəbər verir ki, bu rəqəmləri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Astanada keçirilən TDT ölkələrinin biznes forumunda açıqlayıb. O, TDT ölkələrinin əhalisinin 178 milyon nəfəri keçdiyini və bunun nəhəng iqtisadi potensialı təmsil etdiyini, həmçinin qlobal ÜDM-in 2,8 faizini və dünya ticarətinin 3,6 faizini təşkil etdiyini qeyd edib.