Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. “Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi və digərlərini qəbul edib.
Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Primeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. “Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq”, – deyən dövlətimizin başçısı bildirib ki, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir. Primeinfo.az xəbər verir ki, “Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi transformasiyalar fonunda türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Konfransın açılış mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı təqdimatla çıxış edib.
Türk dövlətlərində fətvalarla bağlı qarışıqlıq aradan qaldırılmalıdır. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Dini İşlər İdarəsinin sədri Safi Arpaquş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə bəhs edib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı mötəbər dini strateji alyansa çevrilib: “Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqları xoş günlərdə, çətin anlarda birlikdə olmağın əsl qardaşlıq nümunələrini nümayiş etdirirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi günlərində biz Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin şahidi olduq. Vandalizmə məruz qalmış ərazilərimizə yeni həyat verilməsində, azad Qarabağa Böyük Qayıdışımız zamanı quruculuq işlərində türk dövlətləri bizə yardımlarını əsirgəmədilər.
Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşü başlayıb.
Sentyabrın 13-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşünün iştirakçıları azərbaycanlı mütəfəkkir alim Seyid Yəhya Bakuvinin türbəsini ziyarət edib, ruhuna dualar oxuyublar.
Türk Dövlətləri Təşkilatı (TDT) arasında transmilli cinayətkarlıqla mübarizə aparmaq üçün yeni təşkilat- TÜRKPOL-un yaradılması təklif edilir. Primeinfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi TDT daxili işlər nazirinin Astanada baş tuan 3-cü görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, TDT üzvləri bu təklifi dəstəkləyib.
Mən müşahidə edirəm ki, Özbəkistanın yeni rəhbərliyi Azərbaycanla can bir, qəlb bir olmağa çalışırlar