Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türk Dövlətləri Təşkilatı (TDT)

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti TOPLANTISI - FOTO

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti TOPLANTISI - FOTO

Bu gün Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçirilir. Primeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” sosial şəbəkə hesabında paylaşım edib. “Qardaş ölkələrin mərkəzi bank rəhbərlərini və Türk Dövlətləri Təşkilatının Baş katibini Bakıda qarşılamaqdan böyük məmnunluq duyuruq.

Əli Əsədov və TDT-yə üzv ölkələrin iclas iştirakçıları arasında GÖRÜŞ

Əli Əsədov və TDT-yə üzv ölkələrin iclas iştirakçıları arasında GÖRÜŞ

Bu gün Baş nazir Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Görüşdə Şuranın iclasının əhəmiyyəti vurğulanıb, tədbirin TDT-yə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclası keçiriləcək

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclası keçiriləcək

Bakıda 4-5 iyun tarixlərində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçiriləcək. Primeinfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bununla əlaqədar olaraq Şuranın üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikası mərkəzi banklarının rəhbər heyətləri ölkəmizə səfər edəcək.

TDT baş katibi: "UN-Habitat ilə yeni əməkdaşlıq planı barədə razılığa gəlmişik"

TDT baş katibi: "UN-Habitat ilə yeni əməkdaşlıq planı barədə razılığa gəlmişik"

Türk dünyası Mərkəzi Asiyadan Qafqaza və Avropaya qədər uzanan dinamik urbanik məkandır. Lakin şəhərlərimiz sürətli əhali artımı, nizamsız urbanizasiya, ətraf mühitin çirklənməsi, sosial bərabərsizlik kimi mürəkkəb problemlərlə üz-üzədir. Primeinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev deyib.

Baş katib: "Zəngəzur dəhlizi TDT regionunun nəqliyyat imkanlarını genişləndirəcək"

Baş katib: "Zəngəzur dəhlizi TDT regionunun nəqliyyat imkanlarını genişləndirəcək"

Türk dövlətləri arasında rəqəmsal inteqrasiyanın genişləndirilməsi strateji məqsəd kimi müəyyənləşdirilib. Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib. “Elektron pasport və rəqəmsal identifikasiya sistemlərinin tətbiqi istiqamətində mühüm işlər görülüb.

Türküstanda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO

Türküstanda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub - FOTO

Mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunda qeyri-rəsmi iclasında çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyindən Primeinfo.az-a bildirilib ki, nazir çıxışı zamanı regional və beynəlxalq təhlükəsizlik mühitinin həssas olaraq qaldığını, artan geosiyasi qeyri-müəyyənliklərin, davam edən münaqişələrin, hibrid təhdidlərin, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların türk dövlətləri arasında daha sıx həmrəylik və koordinasiya tələb etdiyini bildirib. Bu məqsədlə təhlükəsizlik, nəqliyyat, enerji dayanıqlılığı, kibertəhlükəsizlik və digər strateji sahələr üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, Orta Dəhlizin və Türk dünyası vasitəsilə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb bağlantı layihələrinin strateji əhəmiyyəti qeyd edilib.

Şavkat Mirziyoyev: "İlham Əliyev TDT üçün böyük səylər göstərib"

Şavkat Mirziyoyev: "İlham Əliyev TDT üçün böyük səylər göstərib"

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının nüfuzunu və birliyini möhkəmləndirmək yönündə səylərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Primeinfo.az xəbər verir ki, Özbəkistan Prezidenti bunu Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib. “Təşkilatımızın nüfuzunu və birliyini möhkəmləndirmək yönündə böyük səylər göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmərəli sədrliyə görə səmimi minnətdarlığımı ifadə edirəm”, – deyə Şavkat Mirziyoyev qeyd edib.