
Türk Dövlətlər Təkubancccşkilatına üzv ölkələr iqlim dəyişikliyi, məskunlaşma və digər bu kimi qlobal problemlərə ciddi yanaşaraq onların həllinə töhfə verməyə çalışırlar. Bu istiqamətdə təşkilat daxilində bir sıra proqram və layihələr icra olunub, icrası davam edən işlərimiz var.
Primeinfo.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev AZƏRTAC-a açıqlaması zamanı deyib.
“Zamanın çağırışlarına cavab verərək, dayanıqlı və müasir şəhərlər quraraq gələcəyimizi təmin edə bilərik. Bunun üçün şəhərsalma prosesində yeni texnologiyalar və süni intellektdən istifadə etmək zəruridir. Bunlar şəhərlərdə insanların rahatlığı ilə yanaşı ekoloji tarazlığı qoruyur. Müasir şəhərlər ilk növbədə daşqın, zəlzələ və bu kimi digər təbii fəlakətlərə qarşı dayanıqlı olmalıdır. Gələcəyimizi düzgün qurmaq və təmin etmək üçün müasir tipli, dayanıqlı şəhərlər qurmağa fokuslanmalıyıq. Biz müəyyən müqavilələr imzalamışıq və bu müqavilələr BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən dəstəklənir. UN-Habitat ilə əməkdaşlıq əlaqələrimizi davam etdirəcəyik. Bu əməkdaşlıq bizə tam inklüziv şəhərlər qurmağa kömək edir”, – deyə Kubanıçbek Ömüralıyev vurğulayıb.
WUF13 barəsində danışan Baş katib nəzərə çatdırıb ki, tədbir çox əhəmiyyətlidir və qlobal səviyyədə insan inkişafını təmin etmək məqsədilə həyata keçirilir: “Azərbaycana gəldikdə qeyd etmək lazımdır ki, bu günə kimi bir çox beynəlxalq tədbirləri uğurla həyata keçirib və WUF13 təşkilatçılığı da yüksək səviyyədədir”.