Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ISNA agentliyinə müsahibəsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin yaxın gələcəkdə davam etdiriləcəyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Səfir bildirib ki, İran və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılacaq.
İran Prezidenti Məsud Pezeşkian Tehranda davam edən su böhranı və torpaq sürüşmələri səbəbindən paytaxtı Fars körfəzinə, Dubayla (BƏƏ) üzbəüz bölgəyə köçürməyi təklif edib. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Times”in analitiki Nik Kövsər yazıb. Təhlilçilər deyirlər ki, İranda onilliklər boyu davam edən su böhranı ölkə üçün ciddi xəbərdarlıqdır.
İranın Tehran Universitetində laboratoriyada güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var. Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə “Daneshjoo” agentliyi xəbər yayıb.