ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin İsrailə sabah nəzərdə tutulan səfəri ləğv edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post”a məlumatlı mənbələr bildirib. Qeyd edək ki, Uitkoffla Kuşnerin İsrailə səfəri zamanı Netanyahu ilə görüşü planlaşdırılırdı.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatın dayandırılması barədə qərar İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə veriləcək.
ABŞ Prezidenti Donald Tramp İranın xam neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi Fars körfəzindəki strateji Xarq adasını ələ keçirməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən yazıb. Bildirilir ki, adaya nəzarət İran iqtisadiyyatına ciddi təzyiq göstərə və enerji ixracatını kəskin poza bilər.
Biz artıq Hörmüz boğazı məsələsini həll etmişik. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CNN-ə deyib. ABŞ Prezidenti İran donanmasının sıradan çıxarıldığını vurğulayıb.
Mənim dini liderlərlə problemim yoxdur. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CNN-ə deyib. O, bir çox dini liderlə çalışdığını bildirib və onların işini fantastik adlandırıb.
ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib. Primeinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb. “Qeyd-şərtsiz təslim olmaqdan başqa İranla heç bir razılaşma olmayacaq!
Bizim məqsədlərimizin heç biri hər hansı bir xüsusi qüvvənin dəstəklənməsi və ya silahlandırılması üzərində qurulmayıb. Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ-ın müharibə naziri Pit Heqset kürd silahlılarının İrana qarşı istifadə edilməsi məsələsinə münasibət bildirərkən deyib. O, İrana qarşı hava zərbələri nəticəsində mülki obyektlərin zərər görməsinə də münasibət bildirib.
Daha böyük dalğalar gəlir. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bildirib. Nazir qarşıdakı günlərdə “daha çox və daha böyük dalğaların” gələcəyini qeyd edib.
Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırılmır. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, hələlik Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı planda yoxdur.
“İranda yaşanan hadisələr dünən və ya bu günün işi deyil. Bu əməliyyata 7-8 il hazırlıq gedib”.