Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: tramp

Tramp bu ölkəni blokadaya alır

Tramp administrasiyası Kuba neftinin idxalını dayandırmaq üçün dəniz blokadası tətbiq etməyi nəzərdən keçirir. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp administrasiyası Kubada rejim dəyişikliyini həyata keçirmək üçün yeni taktikalar, o cümlədən Karib dənizi ölkəsinə neft idxalına tam blokada tətbiq etməyi nəzərdən keçirir. Mənbələrə görə, administrasiya daxilində Kuba hökumətinin bəzi tənqidçiləri belə bir eskalasiyanı tələb ediblər və bu, dövlət katibi Marko Rubio tərəfindən dəstəklənib.

ABŞ İrana doğru əhəmiyyətli qüvvələr göndərir

Vaşinqton İranı yaxından izləyir və hərbi gəmilər daxil olmaqla, bölgəyə əhəmiyyətli qüvvələr göndərir. Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Bu istiqamətdə çoxlu sayda gəmi hərəkət edir, böyük bir donanma irəliləyir.

ABŞ Prezidenti: "Qəzzada münaqişə sona çatır"

Qəzzada münaqişə sona çatır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində bildirib. “Biz məsələni həll edirik.

İran nüvə proqramını davam etdirsə, ABŞ ona qarşı güc tətbiq edəcək

“Tehran nüvə proqramını inkişaf etdirməyi davam etdirsə, ABŞ İrana qarşı yenidən hərbi güc tətbiq etməyə hazır olacaq.” Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp CNBC-yə müsahibəsi zamanı deyib. “ABŞ-ın İrana hücumuna gəlincə, əgər bunu etsələr, bu, yenidən baş verəcək. Onlar nüvə proqramını inkişaf etdirməyi dayandırmalıdırlar.

Tramp Davosda Azərbaycandan da danışdı

ABŞ Prezidenti Donald Tramp Davosda Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb. Primeinfo.az-ın məlumatına görə, o, Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiya Prezidentinin Azərbaycan və Ermənistanla bağlı ona zəng etdiyini deyib: “Putin mənə dedi: Mən inana bilmirəm ki , siz 35 ilə yaxın davam edən münaqişəni həll etmisiniz”,-deyə Tramp vurğulayıb.

Trampın nasaz təyyarəsi dəyişdirilib, o, yenidən Sürixə yola düşüb

ABŞ Prezidenti Donald Trampın təyyarəsı texniki nasazlıq səbəbindən geri qayıtdıqdan sonra Sürixə yola düşüb. Primeinfo.az-ın AFP-yə istinadən verdiyi məlumata görə, prezidentin təyyarəsi Vaşinqton yaxınlığında yerləşən “Andrews Air Force Base”ə endikdən sonra uçuş başqa, daha kiçik ölçülü təyyarədə davam etdirilib. Təyyarədə elektrik avadanlıqlarında nasazlıq aşkarlandığı üçün geri qayıtmaq barədə qərar verilib.