Türkiyə XİN Yunanıstana nota verib
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana şifahi nota verib.
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstana şifahi nota verib.
Azərbaycan-Gürcüstan sərhədində qəzaya düşən Türkiyənin hərbi nəqliyyat təyyarəsi C-130-da şəhid olan türk əsgərlərinin nəşlərinin ərazidən çıxrarılmasının videogörüntüləri yayılıb. Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, videoda 10-dan artıq polis və xilasedicinin mühafizəyə alınmış ərazidə fəaliyyət göstərdiyi görülür. Son məlumatlara görə, 19 şəhidin nəşi tapılıb, sonuncunun axtarışı davam edir.
Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir. Primeinfo.az-ın məlumata görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. Nazir Gürcüstan hökumətinə göstərdiyi yardım və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Gürcüstanda qəzaya uğrayan C130 tipli hərbi yük təyyarəsi ilə bağlı hadisə yerinə çatan qəza-araşdırma və axtarış-xilasetmə qrupumuz Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, qəza ilə əlaqədar texniki araşdırma və qiymətləndirmə prosesi davam edir.
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib.
Türkiyə-Gürcüstan və Azərbaycan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı məsləhətləşmələr aparıb. Primeinfo.az TRT-yə istinadən xəbər verir ki, nazirlər axtarış-xilasetmə prosesi ilə bağlı məlumat mübadiləsi aparıb.
11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana zəng vurub.
Sabah Ankarada Türkiyə və Misirin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Primeinfo.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun həmkarı Bədr Əbdülati Qəzzadakı atəşkəsin növbəti mərhələlərinin icrasını və orada aparılacaq yenidənqurma işlərini müzakirə edəcəklər. Qeyd edək ki, bundan əvvəl Türkiyə atəşkəsə nəzarət məqsədilə Qəzzaya beynəlxalq hərbi kontingent göndərilməsində iştirak etməyə hazır olduğunu bildirib.
Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib. Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib.
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəza törətməsi ilə bağlı qardaş ölkəyə başsağlığı verib. Primeinfo.az xəbər verir ki XİN-in “X” hesabında başsağlığı mesajı paylaşılıb. “Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı.