Türkiyədə körpü çöküb. Primeinfo.az xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı baş verib. Tikinti zamanı çökmə nəticəsində 3 işçi həlak olub, 2 nəfər ağır yaralanıb.
Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələri narahat edir.
Türkiyənin Balıkesir vilayətinin Sındırqı ilçəsində 4,9 bal gücündə zəlzələ baş verib.
Türkiyə XİN Azərbaycanı Dövlət bayrağı günü münasibətiylə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb. Primeinfo.az-ın məlumatına görə, fotolar Türkiyə liderinin administrasiyasının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. “Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk”, – Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.
Türkiyədə futbol hakimlərinə qarşı qanunsuz mərc oyunları üzrə başladılan istintaq çərçivəsində 21 nəfər saxlanılıb. Primeinfo.az əbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, saxlanılanlar arasında 17 hakim, “Eyüpspor”un prezidenti Murad Özkaya, “Kasımpaşa” İdman Klubunun keçmiş prezidenti Fatih Saraç və digər bir klubun keçmiş sahibi də var.
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda yenidən zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, təkanlar yerin 9,6 km dərinliyində 4,3 bal gücündə qeydə alınıb.
Ermənistan və Türkiyə aviareyslərin sayının artırılması barədə razılığa gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən beynəlxalq forumda bildirib. Mirzoyanın sözlərinə görə, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdəki “Şirak” hava limanı da prosesə qoşulacaq.
Azərbaycan Xarici İşlər Nazirliyi UNESKO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. “Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESKO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub.
İraq və Türkiyə arasında su ehtiyatları sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Primeinfo.az xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Sudani deyib. O bildirib ki, sənəd su böhranının davamlı həllini təklif edir və ölkələr arasında əlaqələri gücləndirir.