Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
Türkiyənin Balıkesir vilayətində 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, yeraltı təkanlar yerin 14,13 km dərinliyində baş verib.
Türkiyənin Balıkesir vilayətində 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, yeraltı təkanlar yerin 14,13 km dərinliyində baş verib.
ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyanın enerji sektorunu hədəf alan son sanksiyalarından sonra Türkiyənin ən böyük neft emalı zavodları daha çox qeyri-rus nefti almağa başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Agentliyin məlumatına görə, SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu bu yaxınlarda İraq, Qazaxıstan və digər istehsalçılardan dörd partiya xam neft alıb.
Türkiyənin Kütahya bölgəsində zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Zəlzələ 3.0 bal gücündə qeydə alınıb.
Əldə olunan atəşkəs razılaşmasından sonra Pakistan ilə Əfqanıstanın nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşləri başa çatıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda atəşkəsin davam etdirilməsi barədə razılıq əldə olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 07:18-də (Bakı vaxtı ilə 08:18), yerin 10 km dərinliyində qeydə alınıb.
İspaniya hökuməti Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi olan HÜRJET-in alınmasına razılıq verib. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, İspaniyanın Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alması ilə bağlı qərar Nazirlər Şurasının iclasında qəbul edilib.
Müğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb. Primeinfo.az xəbər verir ki, ifaçının Yalovadakı evinin terrasından yıxılaraq həyatını itirməsi hadisəsi ilə bağlı Güllünün qızı Tuğyan Ülkəm Gülter barəsində qətl ittihamı ilə cinayət işi açılıb. Gülterin anası haqqında “Bu qadın ölməlidir” sözlərini yazdığı “WhatsApp” mesajları məhkəməyə dəlil kimi təqdim edilib.
Türkiyə XİN-dən İsrailin hücumu ilə bağlı - Bəyanat
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya son hücumlarını kəskin şəkildə qınayıb. Primeinfo.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, sözügedən hücumlar atəşkəsi açıq şəkildə pozur.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.
Türkiyə silah ixracatının həcminə görə dünyada 11-ci yerə çıxıb. Türkiyənin müdafiə sənayesi məhsulları 180 ölkəyə ixrac olunur. Lakin biz nail olduğumuzla kifayətlənməyəcəyik və müdafiə sektorunda idxaldan asılılığımızı tamamilə aradan qaldırmağı hədəfləyirik.