Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumu keçirilir. Primeinfo.az xəbər verir ki, forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak edirlər. Daha sonra “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyaların keçirilməsi nəzərdə tutulub.
Cəbrayıl və Xankəndinin elektrik şəbəkəsi yenilənir. Bu barədə Primeinfo.az “Azərişıq” ASC-yə istinadən xəbər verir. Məlumata görə, Cəbrayıl şəhəri işğaldan azad ediləndən sonra 2020-ci il oktyabrın 28-də şəhər mərkəzi elektrik enerjisi ilə təmin edilib.
Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar. Primeinfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu dərhal əraziyə cəlb edilib.
Yanvarın 21-də Xankəndi şəhərinə yola düşən ilk köç karvanı ünvana çatıb.
Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç olacaq.
Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Xankəndi şəhərində həbs edilib. Primeinfo.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Elnur Rəhmanov (soyad şərtidir) azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni vəzifəsində çalışan Elnur 2025-ci ilin iyun ayının əvvəllərində Xankəndi şəhərinə ezam olunub və orada xidmətini davam etdirib.
Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli, xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gələn qonaqların sayında xeyli artım qeydə alınıb. Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını yüksək qiymətləndirirlər.
Dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az verilən xəbərə görə, şəhərin Zəfər meydanında keçirilən “Qış nağılı” yarmarkası günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib. Konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər.
Dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyinin və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni il kənd təsərrüfatı yarmarkası keçirilir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, yarmarkanın əsas məqsədi yerli fermerlərin məhsullarının satışına dəstək göstərmək, eyni zamanda əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə daha əlçatan qiymətlərlə təmin edilməsidir. Yarmarkada iştirak edən fermerlər öz təsərrüfatlarından gətirdikləri təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxarıblar.
Prezidentin Sərəncamı ilə Xankəndi Şəhər Məhkəməsinə də yeni hakim təyin edilib. Primeinfo.az-ın məlumatına görə, gənc hüquqşünas Səkinə Niyazova hakimlik fəaliyyətinə Xankəndi şəhərindən başlayacaq. Bu təyinatla işğaldan azad olunmasından sonra fəaliyyətini bərpa edən Xankəndi Şəhər Məhkəməsində hakimlərin sayı iki olub.