Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: xəbərdarlıq

Hava ilə bağlı əhaliyə xəbərdarlıq olundu

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, FHN müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur: “Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Primeinfo.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

BDYPİ dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

Bəzi ərazilərində müşahidə olunan dumanlı hava şəraiti yollarda ciddi təhlükə yaradır. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib. Qeyd olunur ki, duman görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır.

Dağlıq ərazilərdə yollar buz bağlayacaq

  Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. Primeinfo.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq. Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu gecə meteor yağışı pik həddə çatacaq

Bu gecə müşahidə olunan meteor selləri pik həddə çatacaq. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Astronomiya Birliyinin (BAİ) 2026-cı il üçün meteor seli təqvimində əks olunub. Məlumata görə, meteor selinin piki 3-4 yanvarda gözlənilir.

BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparır. Bu barədə Primeinfo.az-a İdarədən məlumat verilib. Bildirilir ki, bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır.