Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: #xin

Ceyhun Bayramov Şövkət Mirziyoyevlə görüşdü 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşüb.  Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”-də paylaşım edib.  Görüş Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub. 

İran bu ölkələrə səfir təyin etdi 

İran Ermənistana və Gürcüstana yeni səfirlər – Xəlil Şirqulami və Əli Mocanini təyin edib.  Primeinfo.az IRNA-ya istinadən məlumatına görə, onları İranın xarici işlər naziri Abbas Əraqçi Şərqi Azərbaycan əyalətinin iqtisadi məsələlərinə dair müşavirə zamanı təqdim edib.   

XİN rəhbəri Səmərqəndə getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 29 oktyabr 2025-ci il tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb.  Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.  Qeyd olunub ki, səfər çərçivəsində, xarici işlər nazirinin 30-31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.   

Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Oman xarici işlər naziri Badr əl-Busaidi arasında təkbətək görüş keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.   Happening now: Tête-à-tête meeting between the Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun and Foreign Minister of the Sultanate of Oman @badralbusaidi.

Türkiyə XİN-dən İsrailin hücumu ilə bağlı - Bəyanat

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya son hücumlarını kəskin şəkildə qınayıb. Primeinfo.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsi bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, sözügedən hücumlar atəşkəsi açıq şəkildə pozur.

Türkiyə XİN rəhbərinin müavini Hacıyev və Xələfovla görüşdü - FOTO   

Türkiyə Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb.  Primeinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.  Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.   

XİN bu ölkəni təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avstriya hökumətini və xalqını milli bayramı münasibətilə təbrik edib.