İmişli rayonunda güclü yanğın başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat yayıb. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə İmişli rayonu, Əlyetməzli kəndində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Şəki şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Primeinfo.az-ın məlumatına görə, hadisə axşam saat 19:00 radələrində şəhərin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib.
Xidmət zamanı avtomobil vuran Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüləri yayılıb. Primeinfo.az xəbər verir ki, FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt–Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir.
Bakı şəhərinin Nərimanov rayonunda İzzəddin Həsənoğlu küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakının mərkəzində binada yanğın başlayıb. Primeinfo.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayış binasında yanğın olub.
Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən yanğınla əlaqədar 8 nəfər şəxs (2 kişi, 6 qadın) tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.